Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
20 Fevral , 2020
Dünya tarixində insanların kütləvi qətliamı ilə bağlı soyqırımlar çox olub. Onların içərisində 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur.
Xocalı qətliamı XX əsrin ən dəhşətli və qəddar hadisələrindən biridir.
Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Zəngilan rayon Mərkəzi kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar "Xocalı Fəryadı" adlı sərgi və guşə təşki edilmişdi.21.02. 2020-ci il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında Xocalı soyqırımının 28- ci ildönümü ilə əlaqədar “Xocalı fəryadı” adlı anım günü keçirildi. 
Tədbiri Mərkəzi kitabxananın direktoru M. Cəfərova açdı. Faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçıları ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışdı. 
Tədbirdə “Xocalı fəryadı” adlı sərgi və guşə təşkil edildi.
Foto Qalereya