Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
21 Fevral , 2020
21.02.2020-ci il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemininnin Mərkəzi kitabxanasında yazar Zəhra Səfəralı qızı Məmmədovanın “Uzaqlardan gətirdiklərim...” adlı kitabının təqdimatı keçirildi. 
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahir Cavadlı, "Qızıl Zəngilan" jurnalının redaktoru Möhübbət Qurbanov, Abşeron rayon MKS-nin direktoru Məlahət Abdullayeva (Yusifqızı) və Metodika və biblioqrafiya şöbəsinin baş metodisti Pərvanə Muradova və şairə Esmira Məmmədli iştirak etdilər. 
“Uzaqlardan gətirdiklərim...”adlı kitabın oxucular tərəfindən rəğbətlə qarşılanacağına əminik. Kitabın əsas məzmunu torpaq, Vətən, millət, doğma el- obaya, yurd-yuvaya həsrət motivləri üzərinda qurulub.