Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
16 Yanvar , 2020

16.01.2020-ci il tarixdə Zəngilan rayon MKS-nin Mərkəzi kitabxanasında 20 yanvar Şəhidlərinin otuzuncu ildönümü ilə bağlı “Şəhidlər qürur mənbəyimizdir” adlı tədbir keçirildi.
Tədbirdə 20 yanvar Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin anım (xatirə) günlərinin keçirilməsi vacib tədbirlərdən biridir. Çünki vətən yolunda qurban getmiş şəhidlər məhz bu günümüz üçün canlarını qurban verərək həmin zirvəyə yüksəlmiş, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşlar.
Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecə Azərbaycan xalqı sınağa ,çəkildi. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Tədbirdə “Qanlı 20 yanvar” adlı sərgi və “Əsarətin son gecəsi” adlı guşə təşkil edildi.