Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
8 Yanvar , 2020
29 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
08.01. 2020-cu il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan teatr xadimi, Azərbaycan SSR xalq artisti Bədirbəyli Leyla Ağalar qızının anadan olmasının 100 illiyi ilə ələqadar oxu zalında ”Şərqin gözəli” adlı dəyirmi masa keçirildi.
Tədbirdə teatr xadiminin çəkildiyi filmlərdən,onun haqqında yazılan kitabları əks etdirən “Leyla Bədirbəyli-100” adlı kitab sərgisi təşkil olundu.