Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
22 Oktyabr , 2019
Bu kitab 1996-1928-ci illərdə Zəngəzur qəzası ,Qaradag və Arazbarda çar kazaklarına, erməni quldur dəstələrinə, Sovet vaxtı isə bolşeviklerə qarşı öz qaçaq dəstəsi ilə vuruşmuş böyük Baharlı oymagının xalq qəhrəmanı Qaçaq Fərzalıya (o, təxminən 1878-ci ildə Qaradərə kəndində- tarixdə bir adı Taydolaq Baharlıdır -anadan olub ) həsr olunub. Kitab sənədlər və yaşlı adamların xatirələri əsasında qələmə alınsa da,bədii məziyyətləri də yox deyil- müəllif yazıcı olduğuna görə kitabda təxəyyülün gücü ilə yazılan səhifələrə də rast gəlinir.
Yazıçının bu kitabda qələmə aldığı əhvalat və hadisələr onun ana tərəfdən qohumu olan Qaçaq Fərzalı və silahdaşlarından bəhs edir.Kitabın yazılmasında bir sıra tarixi sənədlərdən və yaşlı adamların söylədikləri xatirələrdən istifadə olunmuşdur.
Bundan əvvəl A.Qaradərəli "Aşiqlər "və "Zəngəzur qazisi Bəhlul Behcət" kitablarını da qələmə alıb ki, əlinizdəki toplunu həmin kitabların davamı da hesab etmək olar.