Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
30 Sentyabr , 2019
30.09. 2019-cu il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında Yerli yazarlar Salam Cavadlı, Mahir Cavadlı, Sahib Zəngilanlı qardaşlarının birlikdə yazdığı “Qardaşlar”adlı kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə Kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Xuraman Əliyeva açaraq kitabın ərsəyə gəlməsində ideya verən Hikmət Cavadllıya söz verdi. Tədbirdə müəlliflər kitab haqqında geniş məlumat verdi. Mərhumun iş yoldaşı Adil Rzayev çıxış edərək Cavad Cavadlı haqqında xatirələrindən danışdı. Sonra ” Qardaşlar” adlı kitab Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Çimnaz Quliyevaya təqdim olundu. Tədbirin sonunda mərhumun qızı Günel Cavadlı tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.