Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
1 İyul , 2019
01.07.2019-cu il tarixdə Zəngilan rayon Mərkəzi kitabxanasında Zəhra Səfəralı qızı Məmmədova ilə görüş keçirildi. Zəhra xanım yenicə çapdan çıxmış “Buluddan nəm çəkdi yolum” adlı ilk kitabını kitabxanamıza hədiyyə etdi. Kitaba şeirlər, hekayələr, bayatılar daxildir. Zəhra Səfəralıqızının yazilarında təbiət və insan xarakterini həmahəngliyi şairanə təsvirdə öz əksini tapmışdır. Kitabda mövzular müxtəlif olsa da,əsas motivini həsrət təşkil edir. Bu da müəllifin yurd həsrətli, doğma eli Zəngilan niskilli qəlbindən süzülüb gələn kövrək hisslərin təzahürüdür.
Çox qəribədir ki, Zəhra Məmmədova şeirlərində də dərddən gileylənmir, heç ondan qaçmağa can atmır, əksinə sanki onu bu qədər incidənin aşiqinə çevrilir, xüsüsi nəvaziş bəsləyir, sevir və sevdirir. Belə olmasaydı, heç şeirləri də oxucunu düşündürməzdi.
Yurd həsrəti, doğma el – oba niskini Zəhra Məmmədovanın yaradıcılığından qırmızı xətlə keçir. Biz də kitabxanamızın kollektivi adından Zəhra xanımı təbrik edir və ona yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.