Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
18 İyun , 2019
18.06.2019-cu il tarixdə Zəngilan rayon MKS-nin Mərkəzi kitabxanasında Yerli yazarlarımızdan olan şair-publisist, Qızıl Qələm, Azərbaycan Bayrağı və Xalqın Nüfuzlu Ziyalısı diplomlarına layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ismayıl Zəngilanlının “Mübariz olaq” adlı kitabının təqdimatı keçirildi.
Kitab Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabda, Vətən-ana, vətənpərvərlik, qəhrəmanlıq, məhəbbət və satirik şeirlər yer almışdır.