Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
28 Mart , 2019

28.03. 2019-cu il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Prezidentinin “Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 22 fevral 2019-cu il tarixli, 981 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri, məlahətli səsə malik sənətkar, mahir ifaçı Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi ilə ələqadar oxu zalında dəyirmi masa keçirildi.
MKS-nin direktoru Məhruzə xanım Cəfərova bu il yubileyi qeyd olunan H. Hüseynovun həyat və yaradıcılığı haqqında danışmış, görkəmli xanəndənin irsinin təbliğində üzərimizə düşən vəzifələrin layiqincə həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə görkəmli xanəndənin həyat və yaradıcılığına dair kitabları əks etdirən “Hacıbaba Hüseynov-100” adlı kitab sərgisi təşkil olundu.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.