Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
27 Mart , 2019
27.03. 2019-cu il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Prezidentinin “Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 24 yanvar 2019-cu il tarixli, 900 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycanın görkəmli kino rejissoru, respublikanın Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ilə ələqadar söhbət keçirildi.
Oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Mahmudova Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş, nadir istedada malik olan Tofiq Tağızadənin yaradıcılığından geniş söhbət açdı.
Tədbirdə “Tofiq Tağızadə-100” adlı sərgi təşkil olundu. 
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.