Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
16 Yanvar , 2019
16. 01 . 2019-cu il tarixdə Zəngilan rayon MKS-nin Mərkəzi kitabxanasında 20 yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qanlı yanvar” adlı tədbir keçirildi.

Tədbirdə 20 yanvar Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra
MKS-in direktoru Məhruzə Cəfərova çıxış edərək bildirdi ki, 20 yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecə Azərbaycan xalqı sınağa cəkildi. Xalqın oz icində yetişdirdiyi qəhrəmanlar üzə cıxdı.
Sonra İnformasiya texnologiyaları üzrə mütəxəssis Könül Rüstəmova çıxış edərək bildirdi ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 
Tədbirdə “Qanlı 20 yanvar” adlı sərgi təşkil edildi.