Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
29 Noyabr , 2018
"Zəngilan rayonu" - İlahi, bu ad səslənəndə qızıl yataqları, saf bulaqlar, bərəkətli torpaqlar, təmiz hava, bir- birindən dəyərlı insanlar, ziyalılar, şair , yazıcılar ağla gəlir. Bu yazıçılardan Məşədi Məhəmməd Cabbarov və Hacı Həmdulla Şıxəliyevdir. Hər iki yazıcının yaratdığı "Zəngilanın Gəlimli -Gedimli Bartazı" adlı əsəridi. Kitab Zəngilanın qədim diyarı gəlimli-gedimli Bartaz kəndinə,onun əhalisinin yaşayış tərzi, təsərrüfat mədəniyyətinə, sənətkarlıq fəaliyyətinə həsr olunmuşdur. Burada kəndin coğrafiyası, yerli toponimləri, dağ yolları, şəfaverici bitkiləri haqqında verilən məlumatlar xalqın yaddaşını təzələmək, sağlamlığı və bu yerlərin keçmişini gənclərimizə çatdırmaq əzmində olmuşuq.Ümid edirik ki, kitab təkcə Bartazlıların deyil, həm də Zəngilanı sevən əziz oxucularımızın stolüstü kitabı olacaqdır.