Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
30 Oktyabr , 2018

30 oktyabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında doğma diyarımız Zəngilan rayonunun erməni qəsbkarları tərəfinindən işğalının 25-ci ildönümü ilə əlaqədar olaraq dəyirmi masa keçirildi.
Dəyirmi masada Nərimanov rayon MKS-nin, Zəngilan rayon MKS-nin və Zəngilan rayon Prokurorluğunun əməkdaşları iştirak etdilər.
Dəyirmi masada çıxış edənlər Zəngilan rayonunun tarixindən, doğma yurdları ilə bağlı xatirələrindən, erməni təcavüzkarlarının xalqımıza qarşı yürütdüyü  işğalçı münasibətdən, o cümlədən, Zəngilan rayonunun işğalından və işğal nəticəsində itikilərimizdən danışdılar, vətənin bu ağır günlərində onun müdafiəsinə qalxmış igid oğullarımızın xatirəsini yad etdilər.
Bundan başqa Zəngilan rayonunun işğaldan öncə və sonrakı görüntülərini əks etdirən video-çarx da iştitakçıların diqqətinə çatdırıldı.