Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
22 Oktyabr , 2018

22.10.2018-ci il tarixində Zəngilan rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Yer kürəsini uşaqlar üçün qoruyaq!” adlı tədbir keçirildi.

Nərimanov rayon 193 saylı tam orta məktəbin şagirdləri və Mərkəzi kitabxananın əməkdaşlarının iştirak etdiyi tədbiri MKS-n direktoru Məhruzə Cəfərova giriş sözü ilə açaraq, uşaq hüquqlarının yaranması tarixi, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, hazırda ölkəmizdə uşaq problemlərinin həlli, onların hüquqlarının qorunması və inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.

Daha sonra tədbirdə kitabxananın əməkdaşlarının və şagirdlərin fikirləri dinlənilmişdir. Çıxış edənlərdən Uşaq şöbəsinin Böyük biblioqrafı Gülnarə Kərimova və Multimedia mütəxəssisi Solmaz Kərimova bu gün uşaqların əsl şəxsiyyət və vətəndaş kimi formalaşmasında ailə, dövlət və cəmiyyətin üzərinə düşən böyük məsuliyyətdən bəhs etmiş, və bu cür tədbirlərin təşkilinin uşaqların hüquqlarının təmin edilməsində, onların qayğı ilə əhatə olunmasındə, layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyətini bir daha vurğulamışlar.