Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
7 Avqust , 2018

1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış , Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazan Mehdi Hüseynzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti  23 iyun 2018-ci il tarixdə  Sərəncam imzalamışdır.

  Sərəncamın icrası ilə əlaqədar Yasamal rayon MKS-ində  bir sıra tədbirlər keçirilmişdir. Mərkəzi Kitabxanada  Mehdi Hüseynzadə  haqqında  videoçarx hazırlanmışdır. Videoçarxda    Azərbaycanın əfsanəvi qəhrəmanının həyatı, keçdiyi döyüş yolundan məlumatlar verilir. Videoçarxda  İmran  Qasımov və Həsən Seyidbəylinin “ Uzaq sahillərdə” , Ş. Nəzirlinin “Əfsanəvi Mixaylo” kitabları haqqında  Azərbaycan və rus dillərində anonslar öz əksini tapmış, arxiv sənədləri və fotolar  toplanmışdır.