Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Xəbərlər
3 Sentyabr , 2018

  Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin  Parlamenti tərəfindən  təsis edilib. Parlamentin digər qərarı ilə 100 nəfər azərbaycanlı gənc təhsil almaq üçün xarici ölkələrə göndərildi. 

   Universitet Bakı Kommersiya məktəbinin binasında yerləşirdi.İlk tədris ilində (1919/1920) universitet fəaliyyətə  2 fakültə – tarix-filologiyavə  tibb fakültələri, eləcə də  1094 tələbə ilə başladı.

    Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. 1920-1930-cu illərdə yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər universitetin aparıcı müəlimləri olublar.

     Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə məşhur alimlər – N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə öz ixtisasları üzrə mühazirilər oxumaq üçün Bakı Dövlət Universitetinə  gəlmişdirlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil alıb.

   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu universitetin dünya şöhrətli məzunu olmuşdur.