Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Xəbərlər
11 İyun , 2018

Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb.

Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovda ərdə olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib.