Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
29 May , 2018
29 may 2018-ci il tarixdə Azərbaycanın böyük mütəfəkkiri və şairi İmaməddin Nəsiminin yaradıcılığına həsr olunan region üzrə uşaq və məktəblilər arasında "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsi Sumqayıt şəhər "Poeziya evi " ndə keçirildi. Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemini təmsil edən, kitabxananın fəal oxucusu Talıblı Şəms Rövşən qızı müsabiqədə ikinci yeri tutaraq müvəffəqiyyət qazandı.