Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
12 Fevral , 2018
12.02.2018-ci il tarixində Zəngilan rayon Mərkəzi kitabxanasında görkəmli coğrafiyaşünas alim, həmyerlimiz Məhəmməd Cabbarovun Zəngilan ensiklopediyası adlı kitabının təqdimat mərasimi kecirilmişdi. İlk təhsilini Dəlləkli və Çöpədərə 7-illik məktəbində alıb. 1955-ci ildə ADU-nun geoloji-coğrafiya fakultəsini bitirib. 1955-ci ildə Bartaz kənd orta məktəbində müəllim, 1956-1957-ci illərdə Çöpədərə kənd orta məktəbində direktor, 1958-1960-cı illərdə isə Bartaz kənd orta məktəbində dərs-hissə müdiri və direktor vəzifəsində işləmişdir.  1960-1965-ci illərdə AMEA Coğrafiya İnstitutunda aspiranturaya qəbul olur və "Neft Daşları" elmi mərkəzində işləməklə sınaq təcrübəsi keçmişdir. Məhəmməd müəllim alim olmaqla yanaşı, həmdə gözəl tar çalır. Görkəmli alim M.A.Cabbarov "Zəngilan ensklopediyası", "Səyahətnamə", "Zəngilanın gəlimli-gedimli Bartazı" və bir cox başqa kitabların müəllifidir.
 





Foto Qalereya