Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
26 Yanvar , 2018
26 yanvar 2018-ci il tarixdə Zəngilan rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi , maarifpərvər ziyalı Firidun bəy Köcərlinin anadan olmasının 155 illiyi ilə əlaqədar “Balalara hədiyyə” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə MKS-in direktoru Məhruzə Cəfərova açdı. Uşaq şöbəsinin böyük biblioqrafı Gülnarə Kərimova F.b.Köçərlinin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Uşaq şöbəsinin Oxu zalının müdiri Maya Həsənova
ədibin “Balalara hədiyyə” kitabı haqqında danışdı. Tədbirdə N.Nərimanov rayonu 193 saylı tam orta məktəbin şagirdləri və kitabxananın fəal oxucuları iştirak etdilər. Şagirdlər ədibin “Qızlar nəğməsi”, ”Tərlan”,”Tülkü və qurd” şeirlərini söylədilər.
Foto Qalereya