Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
15 Yanvar , 2018
15.01.2018-ci il tarixdə Zəngilan rayon Mərkəzi Kitabxanasında "20 YANVAR" ilə əlaqədar tədbir keçirdi.
O qanlı yanvar faciəsindən xalqımızı 28 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi.
Tədbiri giriş sözü ilə Zəngilan MKS-in direktoru Məhruzə Cəfərova acdı və tədbir iştirakçılarına "20 YANVAR"faciəsi haqqında ətraflı məlumat verdi.. 
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir Tədbirdə kitabxananın işcisi Gülnarə Kərimova iştirakcılara bu faciənin dinc əhalinin yaddaşlarında silinməyən izlər qoydugundan danışdı.
Tədbirdə 123 nomrəli məktəbin şagirdləri iştirak etdilər.
Oxucular" Qanlı 20 yanvar "adlı sərgi ilə tanış oldular. 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqə sukutla yad edildi.
Foto Qalereya