Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
27 Noyabr , 2017
Oktay İsgəndər oğlu Ələkbərov 1939-cu ildə Zəngilan rayonunda anadan olub. 1962-ci ildə BDU-nun Geologiya-coğrafiya fakültəsini bitirib. Uzun müddət Zəngilan rayonunun Mincivan qəsəbəsindəki 36 saylı məktəbdə müəllim işləyib. Hazırda Bakıda fəaliyyət göstərən Zəngilan 21 saylı məktəbində pedaqoji fəaliyyətini davam etdirir.
"Bir tənhalıq axtarıram", "Çəkir öz dərdini özündə dünya", "İc dünyama səyahət" və digər kitabların müəllifi olan Oktay Zəngilanlının şeirləri Azərbaycan mətbuatı ilə yanaşı, türk mətbuatında da dəfələrlə çap olunub. Onun poeziyasında əsas yeri vətən-yurd sevgisi tutur.