Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
11 Noyabr , 2017
Ümummilli liderimiz Heydər Əliyev yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: ,,Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Bundan sonra Konstitusiya layihəsi üzərində gərgin və məhsuldar iş aparılmasına başlandı. Nəticədə, beynəlxalq prinsiplərə cavab verən, bazar iqtisadiyyatına hər vasitə ilə rəvac verən, demokratik, dünyəvi dəyərləri özündə əks etdirən Konstitusiya layihəsi hazırlandı. Konstitusiya Komissiyasının Sədri, görkəmli dövlət xadimi Heydər Əliyev yeni, milli Konstitusiya layihəsinin son dərəcə mükəmməl bir sənəd olduğunu vurğulayaraq demişdir:
,,Konstitusiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var, deyəm ki, cox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələçək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün cox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq”. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə qısa müddətdə hazırlanmış Konstitusiya layihəsi 15 oktyabr 1995-ci ildə mətbuatda dərc edilərək ümumxalq müzakirəsinə verilmişdir. Müzakirələr zamanı edilən təkliflər nəzərə alınaraq, 5 bölmə, 12 fəsil, 158 maddə və 12 keçid müddəalarından ibarət yekun layihə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsinə təqdim edildi və xalqın yekdil razılığı ilə müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyası qəbul olunmuşdur.