Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
30 Oktyabr , 2017
30.10.2017-ci il tarixdə Zəngilan rayon Mərkəzi Kitabxanasında Nərimanov MKS və Zəngilan MKS birlikdə Zəngilanın işğalınin 24 illiyi ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə Zəngilan rayon 8 saylı tam orta məktəbin müəllim və şagirdləri, Nərimanov rayon 193 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Zəngilan MKS-in direktoru Məhruzə Cəfərova acdı və tədbir iştirakçılarına Zəngilanın erməni işğalçıları tərəfindən işğal olunmasından, əhalinin məcburiyyət qarşısında doğma yurdlarından didərgin düşmələri haqqında ətraflı məlumat verdi. Nərimanov rayon MKS-nin Abonement bölməsinin müdiri Mehri Rəhimova Zəngilanın füsunkar təbiətindən, dünyadaikinci, Avropada birinci olan Çinar meşəsindən danışdı.
Xidmət şöbəsinin müdiriRəxşəndə Novruzova və Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Təranə Məmmədova çıxış edərək bildirdilər ki, tezliklə təkcə Zəngilan yox, bütün işğal olunan torpaqlarımız azad olunacaq, qüdrətli ordumuz erməni işğalçılarına layiqli cavab verəcəklər.
Zəngilan rayonunun gəncləri adından 8 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Azadə Məcid qızı Məmmədova cıxış edərək bildirdi ki, ən yaxın insanlarımızın məzarları o torpaqlarda qalıb.Biz oranı necə unuda bilərik ? Hər an, hər dəqiqə Zəngilana qayıdacağımız günü gözləyirik. Zəngilanın işğaldan azad olunması xəbəri bütün zəngilanlıların eşidə biləcəyi ən xoş xəbər olacaq. Mən inanıram ki, prezidentimizin ağıllı siyasəti nəticəsində bizim şəhidlərin qanı yerdə qalmayacaq və biz tezliklə düşmənə qalib gələcəyik.
Həmim məktəbin 8-ci sinif şagirdləri Axundova Nəzri və Bayramova Nuray və Nərimanov rayon 193 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Gülarə Əlizadə Oqtay Zəngilanlının "Zəngilan həsrəti" və "Zəngilannanam" və "Şəhidlər" adlı şeirlərini söylədilər.
Tədbirdə "Zəngilansız 24 il" adlı sərgi təşkil edildi.
Foto Qalereya