Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
18 Sentyabr , 2017

18 sentyabr -Milli Musiqi günüdür

Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

18 sentyabr. Milli laqeydlərçün adi görünsə də, bu gün xalqımız üçün böyük bayram günüdür. Bu gün dahi Ü.Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.