Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
30 Mart , 2017

"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublıkası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

30. 03. 2017-ci il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirildi.

1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.

Tarixdə çox döyüşlər, müharibələr olmuşdur. Bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası olub. Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən müharibələrdir. Ən pisi də odur ki, soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir. Dünya ictimaiyyətini çaş-baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar” kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır.”Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə məkrli “qonşularımız” məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə getmiş, bu gün də getməkdədir.

İstər Soyqırımlar, istər Genosid faktı insanlığa qarşı törədilən Terror Aktidir!