Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
6 İyun , 2017

06 iyun 2017-ci il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi    N.Nərimanov rayonunda yerləşən 193 saylı tam orta məktəblə birlikdə  18 iyun  İnsan  hüquqları müdafiəsi   günü ilə əlaqədar məktəbin akt zalında tədbir keçirdi.Tədbirdə Mərkəzi kitabxananın kollektivi  və kitabxananın daimi oxucuları,  193 saylı məktəbin şagird və müəllim kollektivi və Nərimanov RPİ-nin YYÇ PİTB-nin əməkdaşı,  polis mayoru Rüstəm Rüstəmov  iştirak etdilər.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Məhruzə Cəfərova açaraq tədbir iştirakçılarınısalamladı  və “Azərbaycanda İnsan hüquq və azadlıqlarının təmin edilməsi”mövzusunda çıxış etdi.Tədbirdə  193 saylı məktəbin tarix müəllimi  Kəmalə Mustafayeva respublikamızdahəyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması tarixindən danışdı.Daha sonra tədbirdə Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi,  polis mayoru Rüstəm Rüstəmov  “Uşaq hüquqlarının qorunması dövlətimizin əsas vəzifəsidir” mövzusunda ətraflı çıxış edərək bildirdi ki, belə tədbirlərin keçirilməsi gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir edərək onları zərərli vərdişlərdən, hüquqpozmalardan yayındırma prosesinə yönəlmiş fəaliyyətdə böyük önəm daşıyır və müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzini təbliğ etməklə yanaşı onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırır. Sonra 193 saylı məktəbin direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Rahim  Hüseynov öz çıxışında “Təhsil hüququ” mövzusunda çıxış etdi. Tədbirin sonunda  “Siz  hüquqlarınızı  bilirsinizmi?” mövzusunda video-çarx  və “İnsan hüquqlarının müdafiəsi” başlıqlı kitab sərgisi nümayiş olundu.

 

 

 

                                                                                       

 

Foto Qalereya