Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
19 May , 2017

   
    19.05.2017-ci il tarixdə Zəngilan  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemində. Ulu öndər  Heydər  Əliyevin  anadan  olmasının 94-cü ildönümü  münasibəti ilə IX  “Kitab bayramı”   keçirildi.  

 Tədbiri giriş sözü iləSumqayıt Regional Mədəniyyət və Turızm İdarəsinin Zəngilan üzrə nümayəndəsi,  baş məsləhətçi  Mehman  Nəsirov açdı. Tədbirdə  Zəngilan rayon 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi,  N.Nərimanov rayon 193 saylı tam orta məktəbin şagirdləri, Zəngilan yazarlarından Azərbaycan Yazıçılar Birliyinin  üzvü  Əli bəy Azəri, Mahir Cavadlı və Bartaz musiqi məktəbinin direktoru  Çərkəz Nəsirli və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyev irsinin tarixi əhəmiyyətindən bəhs etdilər. Prezident İlham Əliyevin son illərdə mədəniyyətimizə və incəsənətimizə böyük qayğı  və  diqqət    göstərdiyi      vurğulandı.
Məktəblilər böyük lider Heydər Əliyevə, Vətənə, kitaba həsr olunmuş şeirlər söylədilər

Tədbirdə məktəblilərin ifasında kitaba həsr olunmuş bədii kompozisiya təqdim edilib.

Ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş bu tədbirdə  iştirakçılar  kitab  sərgisi ilə tanış oldu.

“Kitab bayramı”nda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qarabağ münaqişəsindən bəhs edən, eləcə də Azərbaycan folkloruna, xarici yazıçılara aid kitablar oxucular tərəfindən maraqla qarşılanıb.

 

 

 

 

 

 

 

Foto Qalereya