Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
8 May , 2017

08.05.2017-ci il tarixdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Zəngilan rayon MKS-nin Mərkəzi kitabxanasında “Şuşanın işğalından 25 il ötür” adlı tədbir keçirildi. Tədbirdə “Şuşa həsrəti” adlı sərgi təşkil olundu.

MKS-nin direktoru Məhruzə xanım Cəfərova Azərbaycanın dilbər guşəsi olan Şuşanın işğalından, tarixindən, mədəniyyət beşiyi olmasından danışdı.

193 saylı tam orta məktəbin şagirdləri və kitabxananın fəal oxucuları Şuşa haqqında şeirlər söylədi və maraqlı məlumatlar danışdılar.

Oxu zalının müdiri Gözəl Babayeva ermənilərin Şuşada törətdikləri faciələrdən söhbət acdı.

Foto Qalereya