Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
23 Fevral , 2017

 Bu gün Xocalı soyqırımının, Xocalı faciəsinin, Xocalı dəhşətlərinin 25-ci ildönümüdür. Erməni vandalizminin, erməni qəddarlığının, xaçpərəst əlbirliyinin açıq nümunəsi olan o qanlı fevral gecəsi hər il bütün Azərbaycan xalqı, bütün sülhsevər ölkələr tərəfindən acı təəssüf hissi və ürək yanğısı ilə qeyd edilir. Bugünkü tədbirimiz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına açılan o dəhşətli müsibətlərə həsr olunub. Yaxşı qulaq asın bu qəmli, ibrətamiz, faciəvi hekayətə. Onu yaddaşınıza həkk eləyin, dostunuza yoldaşınıza danışın, oğlunuza, qızınıza nəql eləyin.

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri və 193 saylı məktəbin şagirdləri birlikdə Xocalı faciəsinin 25 ci ildönümü ilə əlaqədar"XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ" adlı tədbir kecirdi.Tədbirdə"Xocalı fəryadı"adlı sərgi nümayiş etdirildi. 

 Qoy, gələcək nəsillər xalqımızın başına gətirilən bu müsibətləri, Xocalı harayını, Xocalı məşhərini, Xocalı genosidini heç zaman unutmasın. 

Allah rəhmət eləsin.

Foto Qalereya