Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
9 Yanvar , 2017

Image result for mikayıl mirzəyev            Həyat və yaradıcılığı

                              

 

Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev) — Azərbaycan aktyoru, arxiv kadrlarda iştirak edən, ssenari müəllifi, Azərbaycan romantik aktyor məktəbinin istedadlı nümayəndəsi, gur səsli, coşğun səhnə temperamentli teatr və kino aktyoru. Azərbaycan Respublikasının xalq artisti (1991).

 

Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indi Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində doğulub. 1969-cu ildə ADİİ-nin dram və Kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər AMDT-də aktyor işləyib. İki dəfə Milli Məclisə deputat seçilib. Azərbaycan Respublikasının xalq artistidir.

Mikayıl Mirzə teatrda Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Aslan ("Kəndçi qız", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid) rollarını oynayıb.

1992-1995-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləmişdir.

Bakı Mədəni-Maarif Texnikumunda direktor vəzifəsində işləyən M. Mirzə sevdiyi aktyorluq peşəsindən ayrılmamışdır.

Diqqətə çatdırılmışdır ki, Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynamışdır. O, iki çağırış Milli Məclisin deputatı seçilmişdir.

Oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıransənətkaremosionallığı ilə özünəməxsusifa üslubunamalikidi. O, “Azərbaycanfilm” kinostudiyasındalentə alınanbədiifilmlərdə (Yeddioğulistərəm,QatırMəmməd,Babək,Dədə Qorqud ,TopalTeymur  və s), onlarladram əsərində yaddaqalanobrazlaryaratmışdır.

Görkəmli aktyor, Xalq Artisti Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişmişdi