Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
İlin yubilyarları
12 May , 2016

Atabala Hacıyevin 90 illik yubileyi qeyd edildi

2014-03-16

15 mart 2014-cü il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Böyük Vətən Müharibəsi veteranı, igidliyə görə “Lenin” ordenli  Atabala Həzi oğlu Hacıyevin 90 illik yubileyi qeyd olundu.

Tədbiri giriş sözü ilə Masallı rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Məmmədağa Şiriyev açaraq tədbir iştirakçılarını salamlamış və yubiliyarı təbrik edərək onunla olan xoş xatirələrini bölüşmüşdür.

Sonra Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova rayon İcra hakimiyyətinin başçısının adından yubliyarı təbrik edərək mükafatlandırmişdır.

Tədbirdə iştirak edən yubiliyarın nəvələri, rayonun ziyalıları, ağsaqqalları və qonaqlar yubiliyar barədə ətraflı söhbət etmiş və təbriklərini söyləmişlər.

Rayonun ağsaqqal ziyalısı, Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov təbrikə qoşularaq yubiliyarla olan keçmiş xatirələrini bölüşmüşdür.

Gələn qonaqlardan Respublika Veteranlar Şurasının baş mütəxəssisi Adil Babaşov çıxış etmiş və yubiliyarı təbrik edərək ona ən xoş arzularını söyləmişdir.

Masallı şəhər Gənclər Mərkəzində Atabala Hacıyevin yubileyinə həsr olunmuş təbdir rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında rəngarəng musiqilərlə yekunlaşmışdır.

Sonda tədbir iştirakçıları Atabala Hacıyevin yubileyini çay süfrəsində davam etdirmişlər.



05 may 2016-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində əməksevərliyi, bacarığı, yüksək mənəviyyatı, səmimiyyəti ilə sayılıb-seçilən rayon ziyalısı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Valeh Yusifovun 60 illik yubileyi  qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Valeh Yusifovu yubileyi münasibətilə təbrik etdi və ona uzun ömür, can sağlığı, gələcək işlərində uğurlar arzuladı. İstər kollektivin, istərsə də ictimaiyyətin Valeh müəllim  haqqında həmişə yüksək fikirdə olduğunu, onun fəaliyyət yolunun gənc kadrlar üçün əsl örnək təşkil etdiyini vurğuladı. Yubiliyara gül dəstəsi və hədiyyə təqdim edildi.
Təbriklərə qoşulan RİH-nin məsul işçiləri Seyfəddin Paşayev, Nizami Mönsümov, Ceyhun Həsənov Tural Kazımov V.Yusifova ən xoş arzularını bildirdilər və onun yüksək insani dəyərlərindən söz  açdılar.
Sonda yubiliyar ziyalılara, dövlət qulluqçularına göstərilən böyük diqqətə görə minnətdarlığını  bildirdi.


Prezident Kitabxanasında görkəmli kitabxanaşünas alimlə görüş keçirilib
    
Dünən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında  görkəmli elm və təhsil xadımı, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix üzrə elmlər doktoru Abuzər Xələfovla onun 85 illik yubileyi ərəfəsində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, bu gün Azərbaycan kitabxanaçılarının mütləq əksəriyyəti Abuzər Xələfov məktəbinin yetirmələridir. 
"Abuzər Xələfovun təşəbbüsü ilə 1962-ci ildə universitetin Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir"-deyə qeyd edən M.Əhmədov, həmçinin xatırladıb ki, A.Xələfov 1963-cü ildən son vaxtlaradək  Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib: "Abuzər Xələfov keçmiş SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk doktorluq dissertasiyası işini müdafiə edib. O, uzun illər ərzində Moskvada fəaliyyət göstərən doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü olub".
Kitabxananın direktoru qeyd edib ki, A.Xələfovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Şöhrət" ordeni ilə, "Əməkdar elm xadimi", "Əməkdar mədəniyyət işçisi" kimi fəxri adlarla təltif edilib. 
"Abuzər müəllim, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Hazırda o, Kitabxanaşünaslıq kafedrasının məsləhətçi-professoru kimi öz bilik və təcrübəsini müəllim və tələbələrlə bölüşür"-deyə M.Əhmədov bildirib.