Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Şəhidlərimiz
6 Avqust , 2015

 Əsədov Məhəmməd Nəbi oğlu

General-mayor

1941-1991

 

General Əsədov Məhəmməd Nəbi oğlu 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra 1960-cı ildə Bakı Statistika Texnikumunu, 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətinə Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində inspektor vəzifəsində çalışmaqla başlamışdır. 1961-ci ildə orduya çağırılıb. Əsgəri xidməti başa vurduqdan sonra Sumqayıt şəhərində Sənaye Tikinti Nazirliyinin 21 saylı trestində işləyib. Bir il sonra bu idarədə iqtisadçı, 1967-ci ildən isə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1968-ci ilin dekabr ayından Sumqayıt şəhər Partiya Komitəsinin sənaye-nəqliyyat şöbəsinin təlimatçısı, 1973-cü ildən həmin şöbənin rəisi, 1975-ci ildən isə təşkilat şöbəsinin rəisi olub. 1978-ci ildə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilib.
1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Beyləqan rayon Mərkəzi Komitəsinə birinci katib vəzifəsinə təyin edilib. 1988-ci ilə qədər Azərbaycan KP MK-da inzibati orqanlar şöbəsinin müdiri, 1988-1990-cı illərdə Ağdaş və Quba rayon Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyib.
1990-cı ilin mayında Azərbaycan Respublikasının Daxili İşlər Naziri, 1991-ci ilin noyabrında Dövlət Müşaviri vəzifəsinə təyin edilib.
1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulan MN 8 hərbi vertalyotunda şəhid olmuşdur. Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilib.

 

Abbasov Qaytaran İbrahim oğlu

1964-1993

Abbasov Qaytaran İbrahim oğlu 1964-cü il yanvarın 12-də Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1979-cu ildə həmin kəndin səkkizillik məktəbini qurtardıqdan sonra, Zəngilan kənd orta məktəbində orta təhsilini başa vurub. Daha sonra rayon 144 saylı texniki peşə məktəbində təhsil alıb.
Nümunəvi qulluq etdiyi sovet ordu sıralarından serjant rütbəsində hərbi xidmətdən qayıdaraq, Mingəçevir şəhərində Qafqaz Enerjiquraşdırma Trestində çilingər işləyib. 1991-ci ilin avqustunda səfərbərliyə alınaraq Ağdam cəbhəsinə göndərilib. 1991-ci ildən Ağdam, Tərtər, Qubadlı və Zəngilan bölgələrində könüllü olaraq döyüşlərdə iştirak edib. 1992-ci ilin may-avqust aylarında Laçın və Qubadlı rayonlarının Güləbird, Şəfiyan, Başarat kəndlərində göstərdiyi döyüş xidmətlərinə görə leytenant rütbəsinə layiq görülüb. 1993-cü ilin martın 5-də gərgin döyüşdə dörd qəlpə yarası alıb. Müalicədən sonra cəbhəyə qayıdaraq yenidən vuruşub. 1993-cü il may ayının 16-da qəhrəmancasına şəhid olub. Qıraq Müşlan kənd qəbristanlığında dəfn edilib.

 

Abbasov Məhərrəm Mehdi oğlu

1973-1994

Abbasov Məhərrəm Mehdi oğlu 1973-cü ildə Zəngilan rayonunun Tatar kəndində anadan olub.
Orta təhsilini Cahangirbəyli kənd orta məktəbində alıb.
1991-ci ilin yayında sovet ordusuna hərbi xidmətə çağırılıb. Moskva ətrafında yerləşən hərbi hissədə birillik hərbi xidmətdən sonra Sovet İttifaqının süqutu ilə əlaqədar vaxtından əvvəl tərxis edilib. Zəngilan rayonuna qayıdaraq “N” saylı hərbi hissədə Milli Ordunun əsgərləri sırasında qulluq etməyə başlamışdır. Qazançı, Şayıflı istiqamətində keçirilən hərbi əməliyyatların və müdafiə döyüşlərinin iştirakçısı olub.
1993-cü ilin oktyabr ayından Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 14-də Qorqan kəndi ətrafında müdafiə döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Abbasov Səhiyəddin İsmayıl oğlu

1968-1994

 Abbasov Səhiyəddin İsmayıl oğlu 1968-ci il martın 11-də Zəngilan rayonunun Genlik kəndində anadan olub. 1985-ci ildə Genlik kənd orta məktəbini, sonra isə rayon 144 saylı texniki-peşə məktəbini bitirib. 1992-ci ildə Bakı Politexnik texnikumunu bitirib.
Əfqanıstanda hərbi xidmət keçdiyi müddətdə “Beynəlmiləl döyüşçü” və “Ordunun yaranmasının 70 illiyi” medalları ilə təltif olunub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Bu müddətdə gizir rütbəsi alıb və tağım komandiri təyin olunub.
1994-cü il aprelin 10-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

 

Abbasov Telman Vəli oğlu

1967-1992

 Abbasov Telman Vəli oğlu 1967-ci ildə Zəngilan rayonunun aşağı Giyəli kəndində anadan olub. 1982-ci ildə Şayıflı kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra 1990-cı ilə qədər kolxozda işləyib.
1992-ci il dekabr ayının 10-da ermənilərin Zəngilan rayonuna hücumu zamanı atası və anası ilə birlikdə qətlə yetirilib. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

 

Abbasov Vəli Abbas oğlu

1933-1992

 Abbasov Vəli Abbas oğlu 1933-cü ildə Zəngilan rayonunun Aşağı Gəyəli kəndində anadan olub. Əvvəllər Şayıflı sovetliyinin (inzibati ərazi nümayəndəliyinin) ərazisində yerləşən kolxozda işləyib. 1967-1998-ci illərdə Ermənistanın Kacaran qəsəbəsində işləyib. Daha sonra Zəngilandakı 13 saylı tikinti idarəsində işləyib.
10 dekabr 1992-ci ildə Gəyəli kəndinə basqın edən ermənilər qocalığına, xəstə vəziyyətində olmasına məhəl qoymadan onu həyat yoldaşı və oğlu ilə birlikdə vəhşicəsinə qətlə yetiriblər.
Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

 

Abbasquliyev Vüqar Rəşid oğlu

1977-1992

Abasəliyev Vüqar Rəşid oğlu 1977-ci ildə Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olub.
Sarallı Xəştab kənd məktəbində doqquzuncu sinifdə oxuyurdu.
1 oktyabr 1992-ci ildə ermənilər tərəfindən qətlə yetirilib.
Sarallı Xəştab kənd qəbristanlığında dəfn edilib.

Abdinov Sərvər Famil oğlu

1974 -1993

Abdinov Sərvər Famil oğlu 1974-cü ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1981-ci ildə Alıbəyli kənd orta məktəbinin birinci sinfinə gedib və 1991-ci ildə həmin məktəbi bitirib, Bakı Kommersiya Texnikumuna daxil olub.  1992-ci il dekabrın 10-da Zəngilanda baş vermiş hadisələrlə əlaqədar Zəngilana qayıdaraq, rayon hərbi komissarlığına müraciət edib. Daxili qoşunların Zəngilandakı hərbi hissəsinə göndərilib. Sərhədboyu kəndlərdə bir çox döyüşlərdə sınaqdan çıxıb.
30 mart 1993-cü ildə döyüşdə qəhrəmancasına şəhid olub.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Abdinov Yaqub Rəhim oğlu  

1908 - ...

Abdinov Yaqub Rəhim oğlu 1968-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. Erkən yaşlarında ata-anasını itirdiyinə görə əmisinin himayəsində böyüyüb.
Yeniyetmə ikən kolxozda çalışmağa başlayıb. 1941-1945-ci illər müharibəsində iştirak edib. Döyüşlərin birində ağır yaralansa da, hospitalda müalicə alaraq yenidən savaş meydanına dönüb və müharibədən qaliblər sırasında təltiflərlə qayıdıb.
Sonrakı illərdə M.Sabir və K.Marks adını daşıyan yerli təsərrüfatda briqadir, ferma müdiri, son zamanlarda isə gözətçi işləyib.
1993-cü ildə Zəngilan rayonunun işğalı zamanı itkin düşüb. 1997-ci ilin  noyabr ayında şəhid statusu verilib.

Abdullayev Eynur Sahib oğlu  

1968-1993

Abdullayev Elnur Sahib oğlu 14 avqust 1968-ci ildə Zəngilan rayonunun Ağbis kəndində anadan olub. 1985-ci ildə İsgəndərbəyli kənd orta məktəbini bitirib. Sumqayıt şəhərinə gedərək əvvəlcə peşə məktəbində, ardınca dənizçilik məktəbində oxuyaraq əmək fəaliyyəti üçün özünə müxtəlif təyinatlı iki peşə qazanıb.
1986-1988-ci illərdə Moskva vilayətində sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Ordudan qayıdaraq 1 il Sumqayıtda tikintidə çalışıb. Ermənilərin aramsız silahlı basqınları barədə aldığı məlumatlardan sonra doğma kəndinə qayıdıb. Milli ordu yarananda könüllü milli ordu sıralarına daxil olub, Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1990-cı ilin iyun ayında rayon polis idarəsində xidmətə qəbul olunub.
29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.

Abdullayev İlqar Niftulla oğlu

1960-1992 

1960-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbdə təhsil qabaqcılı olub. Doğma torpaqlarımız erməni təcavüzünə məruz qalanda xalqımızın digər qeyrətli oğulları kimi o da silaha sarılıb. Zəngilana gəlmədən əvvəl Qarabağın Daşaltı, Şuşa, Xocalı döyüşlərində iştirak edib. Daha sonra Zəngilanın Qazançı, Canbar, Ağkənd kəndlərindəki postlarda xidmətdə durub. 1992-ci ilin mayın 24-də şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

 Abdullayev Ramiz Fikrət oğlu

1966-1993

1966-cı ildə Bakı şəhəri Qaradağ rayonunun Şubanı kəndində anadan olub. Erkən yaşlarında atasını itirib, təhsilini Xırdalan qəsəbəsində babasının himayəsi altında alıb. 1977-ci il aprel ayından babasının yaşadığı Quba rayonunun Qonaqkənd orta məktəbində təhsilini davam etdirib.
1985-ci ildə orta məktəbi qurtardıqdan sonra sentyabrda hərbi xidmətə çağırılıb. 1987-ci ilin noyabr ayında hərbi xidməti başa vurduqdan sonra 26 Bakı Komissarı adına qoyunçuluq sovxozunda fəhlə işləyib. 1992-ci ilin noyabr ayından  Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 30 mart 1993-cü ildə qəhrəmancasına şəhid olub.

Abdullayev Rövşən Əbdülhüseyn oğlu

1969-1992

Abdullayev Rövşən Əbdülhüseyn oğlu 1969-cu ildə Lerik rayonunda anadan olub. Orta məktəbi Astara rayonunda bitirib.
1987-ci ildə Leninqrad şəhərində SSRİ DİN-in nəzdindəki Ali Hərbi Siyasi məktəbə daxil olub. 1991-ci ildə orada təhsilini başa vuraraq leytenant rütbəsi ilə Respublikamızda daxili qoşun hissəsində işləməyə başlayıb.
1992-ci ilin iyulunda tağım komandiri kimi Zəngilana göndərilib. Zəngilan rayonunun müdafiəsində iştirak edib. 1992-ci ilin dekabrında Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Abışov Bəhlul Qabil oğlu

1969-1994

Abışov Bəhlul Qabil oğlu 16 iyun 1969-cu ildə Zəngilan rayonunun İkinci Ağalı kəndində anadan olub. 1976-1986-cı  illərdə Ağalı kənd orta məktəbində təhsil alıb.
1987-1989-cu illərdə Litva Respublikasının Vilnus şəhərində hərbi xidmətdə olub.
1992-ci ilin əvvəlində rayonda yaradılmış özünümüdafiə batalyonun tərkibində Zəngilanın rayonunun müdafiəsində iştirak edib. döyüş yolu Şayıflı, Rəzdərə,Şatarız kəndlərindən keçib. Daha sonra Füzuli bölgəsində vuruşub. 19 yanvar 1994-cü ildə Fizuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Abşeron rayonunun Masazır kənd qəbiristanlığında dəfn olunub.

Abışov Təvəkkül Qüdrət oğlu  

1966-1993

Abışov Təvəkkül Qüdrət oğlu 1966-cı ildə Zəngilan rayonunun Şərifan kəndində anadan olub. 1973-1983-cü illərdə Hacallı kənd orta məktəbində təhsil alıb.
1983-1985-ci illərdə Kaluqa şəhərində hərbi xidmətdə olub.
1985-ci ildə geri dönərək doğma Şərifan kəndində yaradılmış balıqçılıq təsərrüfatında işə başlayıb.
1990-cı ilin 20 yanvarında rus-erməni qoşun birləşmələrinin Bakı şəhərində (eləcə də respublikanın bir neçə bölgəsində) törətdikləri vəhşi qırğınlardan sonra Bakıya köçüb. Bakı lampa zavodunda işə düzəlib.
1993-cü ilin aprel ayından milli ordu sıralarında xidmətə başlayıb. Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
13 iyun 1993-cü ildə Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn olunub.

Abışov Vüqar Abbasqulu oğlu

1970-1993

Abışov Vüqar Abbasqulu oğlu 1970-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. Orta təhsilini 1977-1987-ci   illərdə Alıbəyli kənd orta məktəbində alıb. İlk əmək fəaliyyətinə Karl Marks kolxozunda  gözətçi işləməklə başlayıb.
1988-ci ildə keçmiş Sovet Ordu sıralarına hərbi xidmətə çağırılıb və Qırğızıstan Respublikasının Frunze şəhərində daxili qoşunlara aid hərbi hissədə qulluq edib. 1990-cı ildə ordu sıralarından qayıtdıqdan sonra kolxozda fəhlə kimi əmək fəaliyyətini davam etdirib.1993-cü ilin yanvar ayında rayon hərbi komissarlığı tərəfindən rayondakı döyüş batalyonuna çağırılıb və sıravi əsgər kimi rayonun Ağkənd, Ağbənd kəndlərində və Şükrətaz yüksəkliklərində gedən döyüşlərdə iştirak edib.
10 aprel 1993-cü ildə Kolluqışlaq kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Adıgözəlov Bəhram Bahadur oğlu

1967-1993

 Adıgözəlov Bəhrəm Bahadur oğlu 1984-cü ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. Qəsəbədəki 36 nömrəli dəmiryol orta məktəbini bitirib. Əsgəri xidmətini SSRİ silahlı qüvvələrində Tambov vilayətində başa vurub. Ordu sıralarından qayıtdıqdan sonra Mincivandakı doqquzuncu dəmiryol distansiyasında sürücü vəzifəsində işləyib.
1992-ci ildə könüllü olaraq hərbi qulluğa gedib, sürücü kimi xidmət göstərib.
25 oktyabr 1993-cü  ildə idarə etdiyi “UAZ” markalı avtomobillə Cəbrayıl rayonunun Qumlaq kəndi  yaxınlığında yerləşən posta gedərkən komandiri Mehman, döyüş yoldaşı Eminlə birgə ermənilərin hücumuna məruz qalaraq düşmən gülləsi ilə şəhid olub.  Mincivan qəsəbəsində dəfn edilib.

 

 

Ağakişiyev Asif Xankişi oğlu  

1961-1992

Ağakişiyev Asif Xankişi oğlu 1961-ci il iyul ayında Ermənistan Respublikasının Qafan rayonunun Şabadin kəndində anadan olub. 1968-ci ildə ailəsi ilə birlikdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçüb. 1976-cı ildə Mehdiabad qəsəbə orta məktəbinin səkkizinci sinfini və texniki peşə məktəbini bitirdikdən sonra  1 nömrəli üzümçülük sovxozunda fəhlə işləyib. 1979-cu ildə hərbi xidmətə gedib, hərbi xidməti başa vurduqdan sonra ailə qurub. 1991-ci ildən könüllü olaraq vətənin müdafiəsində - Xocalının müdafiəsində, Daşaltı əməliyyatında, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il mayın 24-də şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Ağakişiyev Səfa Məmmədrza oğlu

1969-1993

 Ağakişiyev Səfa Məmmədrza oğlu 1969-cu ildə Ördəkli kəndində anadan olub. 1984-cü ildə həmin kənddə natamam orta məktəbi, 1988-ci ildə Bakı Dəmiryol Texnikumunu bitirib, ordu sıralarına xidmətə gedib.
Uzaq Sibirdə əsgəri qulluqdan sonra Vətənə qayıdıb. 1991-ci ildən Mincivan Vaqon Müayinə Məntəqəsində çalışıb. Həmin dövrdə xain erməni millətçilərinin qatar və vaqonlarda törətdikləri cinayət xarakterli nasazlıqları aradan qaldırıb.
1993-cü il yanvarın 21-də Milli Orduya çağırılıb, Kolluqışlaq kəndinin müdafiəsinə cəlb olunub, düşmənin təxribatlarına və hücumlarına çəkinmədən sinə gərib.
1993-cü il fevralın 12-də Kolluqışlaq kəndindəki döyüşdə şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Ağalarov Baxış Səlim oğlu

1972- . . .

 Ağalarov Baxış Səlim oğlu  1972-ci ildə Zəngilan rayonunun Şəfibəyli kəndində  anadan olub. 1990-cı ildə  kənd orta məktəbini bitirən kimi hərbi xidmətə çağırılıb. Rusiya Federasiyasının Vladivastok şəhərində  ikiillik xidməti borcunu  yerinə yetirdikdən sonra  Vətənə dönüb.
1993-cü ilin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına hücumları genişlənərkən  o da silaha  sarılıb və həmin il  fevral ayının  6-da Bakının Sabunçu rayon hərbi komissarlığından orduya yola salınıb. Murov istiqamətində ön cəbhədə ölüm-dirim savaşı aparan igid oğulların  cərgəsində  mövqe tutub.
Sonradan doğmalarının  və hərbi  komissarlığın  bütün səylərinə  baxmayaraq haqqında  heç bir  məlumat əldə edilməyib. 1996-cı ilin sentyabr ayında şəhidlik statusu verilib.

Ağayev Rafiq Hafiz oğlu

1971-1992

Ağayev Rafiq Hafiz oğlu 1971-ci ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ildə şəhid olub.

 

 

 

 

Ağayev Yavər Balaxan oğlu 

1972-1992

Ağayev Yavər Balaxan oğlu 1972-ci ildə Masallı rayonunun Bala-Təklə kəndində anadan olub. 1989-cu ildə Şəfərə kənd orta məktəbini, 1990-cı ildə Bakı şəhərindəki 14 saylı texniki peşə məktəbini bitirib. Qazaxıstanda, daha sonra isə Belorusiyada hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhər Xətai rayonunda tikinti idarəsində işləyib.
1992-ci il sentyabrın 8-də könüllü olaraq Azərbaycan Milli Ordusuna qoşulub, Zəngilan rayonunun sərhədyanı bölgələrinin erməni quldurlarından müdafiə olunmasında iştirak edib.
6 noyabrda Zəngilanın Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Bala-Təklə kənd məktəbinə şəhid Yavər Ağayevin adı verilmişdir.

Alışov Fariz Sərməs oğlu

1974-1993

 Alışov Fariz Sərməs oğlu 1974-cü ildə Zəngilan şəhərində anadan olub. 1988-ci ildə  şəhər 2 nömrəli məktəbin səkkizinci  sinfini, 1992-ci ildə Zəngilan rayon  144 saylı  texniki peşə  məktəbini bitirib.
1993-cü il may ayının  12-də  hərbi xidmətə çağırılıb. Döyüş yolu Goranboydan  başlanıb, avqustun əvvəlində Füzuli rayonu istiqamətinə göndərilib. Burada ermənilərin aramsız hücumlarının dəf olunmasında iştirak edib.
Avqust ayının 14-də Füzuli rayonunun Qaraməmmədli kəndi uğrunda döyüşdə şəhid olub. Zəngilan rayonunda dəfn edilib.

 

 

 

Allahverdiyev Elxan Kamil oğlu

1966-…

Allahverdiyev Elxan Kamil oğlu 1966-cı ildə Yuxarı Yeməzli kəndində anadan olub. 1984-cü ildə Sarallı Xəştab kənd məktəbində orta təhsilini başa vurub.
1985-ci ildə əsgəri qulluğa Çita vilayətində başlayıb, Monqolustanda tamamlayıb. 1987-1988-ci illərdə Rusiyanın Voronej şəhərində sənət məktəbini və 1991-ci ildə Volqoqrad Sənaye Pedaqoji Texnikumunu bitirib.
1992-ci ildə Azərneftyanacaq zavodunda işə başlayıb. Bir neçə ay sonra hərbi xidmət üçün səfərbərliyə alınıb və arzusu ilə Zəngilana göndərilərək kəşfiyyat qrupuna daxil edilib. «Lokatr» adlanan ərazidə düşmənə qarşı döyüş əməliyyatı keçirilərkən 1992-ci il dekabrın 24-də ağır yaralanıb. Daha sonra PDM-ə qoyulub. Lakin həmin döyüş maşını da vurulub və düşmən nəzarətində qalıb. Sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. 1997-ci ildə şəhidlik statusu verilib.

 

Allahverdiyev İsmayıl İbiş oğlu  

1950-1990

Allahverdiyev İsmayıl İbiş oğlu 1951-ci ildə Zəngilan rayonunun Tiri kəndində anadan olub. 1968-ci ildə Şayıflı kənd orta məktəbini bitirib. 1969-cu ildə hərbi xidmətdə olub. Sonra Bakı Dəmiryol Texnikumunda elektrovoz maşinisti peşəsinə yiyələnib.  1989-cu ildən Culfa rayon lokomotiv deposunda maşinist köməkçisi işləyib.
Bir neçə il ərzində riskli səfərlərə çıxaraq Ermənistan əhalisinin də ərzaq məhsulları ilə təchizatına yardımçı olub. 1990-cı il mart ayının 18-də Mincivan-Mehri dəmir yolunda xidməti vəzifəsini yerinə yetirən zaman erməni ekstremistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. İsmayıl Allahverdiyev Zəngilanın ilk şəhidlərindən biri olub.
Şayıflı kənd qəbristanlığında dəfn olunub.

Allahverdiyev Qorxmaz Bahadur oğlu  

1973-1993

Allahverdiyev Qorxmaz Bahadur oğlu 1973-cü ildə Zəngilan rayonunda anadan olub. 1988-ci ildə Zəngilan şəhər səkkizillik məktəbini bitirdikdən sonra rayondakı 144 saylı texniki peşə məktəbində ixtisas qazanıb.
1992-ci ilin mayında hərbi xidmətə çağırılıb. Xidməti borcunu rayonun döyüş postları olan Seyidlər, Quyudərə, Xəştab, Şayıflı, Kolluqışlaq, Rəzdərə və digər sərhəd kəndlərdə yerinə yetirib.
Həmin ilin oktyabrında Qubadlı rayonunun Başarat kəndində, dekabr ayının 10-da isə rayonumuzun Şayıflı və ətraf sərhəd kəndlərində ermənilərin hücumlarının dəf olunmasında iştirak edib.
Rayonun mərkəzini daim atəş altında saxlayan ermənilərin atəş nöqtələrini məhv etmək məqsədilə 10 aprel 1993-cü ildə təşkil olunan və düşmənin 4 kəndinin ələ keçirilməsi ilə nəticələnən hücum əməliyyatı zamanı qəhrəmancasına şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Almirzəyev Əbülfət Mürşüd oğlu

1966-1994

 Alımirzəyev Əbülfət Mürşüd oğlu 1966-cı ildə Ördəkli kəndində anadan olub. 1983-cü ildə  Şəfibəyli kənd məktəbində orta təhsilini tamamladıqdan sonra 144 saylı Zəngilan Rayon TPM-də ixtisas qazanıb.
1984-cü ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağaırılıb. İrkutsk vilayətində qulluq edib. Tərxis olunduqdan sonra rayona qayıdaraq ”İnşaatçı”  kooperativində dülgər işləyib.
1993-cü ilin avqusutunda Milli Ordumuzun sıralarında xidmətə başlayıb. Əvvəlcə Şayıflı kəndində, sonra isə Goran qəsəbəsində qulluq borcunu yerinə yetirib.
1994-cü ilin əvvəlində Horadiz qəsəbəsi istiqamətinə göndərilib.
1994-cü il fevral ayının 2-də döyüş zamanı ağır yaralanaraq şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

Almuradov Xaqani Ağaqulu oğlu

1969-...

Almuradov Xəqani Ağaqulu oğlu 1969-cu ildə Şəfibəyli kəndində anadan olub. 1986-cı ildə Şəfibəyli kənd orta məktəbini bitirib, Bakı İnşaat Texnikumunun tələbəsi olub.
1986-cı ilin payızında hərbi xidmətə çağırılıb. 1988-ci ildə Almaniyada əsgəri qulluğunu başa vuraraq qayıdıb və texnikumda təhsilini davam etdirib. 1990-cı ildə  Zəngilan Su İstismar İdarəsində mühəndis işləyib.
1991-1992-ci illərdə Zəngilan Rayon Milis Şöbəsində milis nəfəri kimi xidmət edib. Sonra rayonda yerləşən 865 saylı hərbi hissədə komandir vəzifəsinə təyin olunub.
1993-cü ilin avqust ayına qədər Zəngilan, Qubadlı, Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib.23 avqust 1993-cü ildə Cəbrayıl rayonunda döyüş zamanı itkin düşüb və bu günə qədər onun taleyi barədə heç bir məlumat yoxdur. 30 sentyabr 1996-cı ildə şəhidlik statusu verilib.

 

 

Alverdiyev Alverdi Tarverdi oğlu

1974-1994

Alverdiyev Alverdi Tarverdi oğlu 1974-cü ildə Zəngilan rayonunun Muğanlı kəndində anadan olub. 1981-1991-ci illərdə Vənətli kəndində orta məktəbi bitirib.
Rayon hərbi komissarlığı tərəfindən 3 aylıq sürücülük kursuna göndərilib. İxtisas qazandıqdan sonra rayonda yerləşən hərbi hissədə əsgəri borcunu yerinə yetirib, sərhədboyu kəndlər olan Seyidlər, Şayıflı, Yeməzli, Sarallı-Xəştab, Ağbisin hüdudlarını erməni hücumlarından qoruyub.
Qubadlı, Cəbrayıl rayonlarında vəziyyət gərginləşəndə köməyə gedən silahlı bölmələrin tərkibində düşmən təcavüzünün dəf olunmasında iştirak edib. Goranboyu, Ağdam və Füzuli rayonlarını qoruyan silahlı birləşmələrin tərkibində düşmənə qarşı vuruşub.
1994-cü il mart ayının 23-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin müdafiəsi uğrunda döyüşdə şəhid olub. Sumqayıt şəhər  Şəhidlər Xiyabanında dəfn olunub.

 

Aslanov Alik Şəmil oğlu

1962-1992

Aslanov Alik Şəmil oğlu 1962-ci ildə Zəngilan şəhərində anadan olub. 1979-cu ildə orta məktəbi bitirərək hərbi xidmətə gedib.
1985-1988-ci illərdə rabitə texnikumunda təhsil aldıqdan sonra rayon rabitə qovşağında mühasib köməkçisi işləyib.
İşlədiyi kollektivin gənclərindən ibarət «Rabitəçi» futbol komandası yaradaraq, qısa müddətdə komandanın lideri, kapitanı kimi rayon kubokunun qalibi olub.
Sərhəd zonasında olan döyüşçülərə ərzaq yardımı çatdırmağı öhdəsinə götürərək riskli səfərə çıxıb. 20 may 1992-ci ildə milli ordumuza ərzaq apararkən düşmən gülləsinin qurbanı olub.

Aslanov Eldar Əfraz oğlu

1972-1992

 Aslanov Eldar Əfraz oğlu 1972-ci il mayın 21-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 10 nömrəli məktəbin səkkizinci sinfini bitirib. 1989-cu ildə 41 nömrəli orta texniki peşə məktəbində nəzirətçi-ölçü cihazları üzrə çilingər diplomunu alıb. İki ay Sumqayıt zavodlarının birində işləyib. Sonra hərbi xidmətə çağırılıb. Donetsk şəhərində 6 aylıq serjantlıq kursu keçib. Bakı və Sumqayıt şəhərində milis polkunda xidmət edib.
Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. 9 may 1992-ci ildə Zəngilan rayonunun Ağkənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.

Atakişiyev Sabir Şahməmməd oğlu

1972- ...

 

Atakişiyev Sabir Şahməmməd oğlu 1972-ci ildə Zərnəli kəndində anadan olub. 1989-cu ildə kənd məktəbində orta təhsil alıb.
Xətai adına kolxoza üzv yazılıb, təsərrüfatda işləyib. Sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Qazaxıstanda əsgəri qulluğunun üçüncü ayında sovet imperiyasının dağılması səbəbindən Azərbaycana qayıdaraq xidmətini Milli Orduda davam etdirib.
Ağkənd, Şayıflı, Qazançı, Seyidlər istiqamətində postlarda dayanaraq yadellilərin hücum və təxribatlarının qarşısının alınmasında qüvvə və bacarığını əsirgəməyib.
1990-cı il dekabr ayının10-da erməni quldur dəstələrinin qəfil hücumu zamanı Ağkənddə naməlum şəraitdə itkin düşüb.
Göstərilən ciddi cəhdlərə baxmayaraq sonrakı taleyi barədə heç bir məlumat əldə olunmayıb. 2003-cü ilin mart ayında şəhidlik statusu verilib.

 

Abbasov Taleh Tofiq oğlu  

1989-2010

Abbasov Taleh Tofiq oğlu 1989-cu ildə Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 1993-cü ildə Zəngilan rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra ailəsi ilə Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşıb. 2006-cı ildə Sumqayıt şəhər 34 nömrəli orta məktəbdə təhsilini başa vuraraq 1 saylı peşə liseyinə daxil olub. 2009-cu ildə telekommunikasiyada komputer texnikasının istismarı üzrə tam kursu bitirib. 2009-cu ilin aprel ayında hərbi xidmətə çağırılıb.
Ağcəbədi rayonu ərazisində yerləşən hərbi hissənin ön cəbhəsində xidmət edib. 2010-cu il sentyabr ayının 25-də sərhəddə atəşkəsi pozan ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olub.

Babayev Barat Məmməd oğlu

 

 

 

 

 

 

1965-1994

Babayev Hətəmxan Səfər oğlu

1972-ci il avqustun 9-da Zəngilan rayonunun Keçikli kəndində doğulub.1987-ci ildə Keçikli
kənd natamam orta məktəbini qurtarıb,sənədlərini rayondakı 144 nömrəlli kənd texniki peşə məktəbinə verib.1990-cı ildə həmin məktəbin elektrik-qaz qaynaqçısı diplomunu almışdır.
1990-cı ilin noyabrında Sumqayıt şəhərindəki milis batalyonuna hərbi xidmətə çağırılır.
Ağdam rayonunda uğrunda gedən döyüşlərdə iştirak edib.
1aprel 1992-ci ildə Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi.
Zəngilan rayon Keçikli kənd natamam orta məktəbi Hətəmxanın adın daşıyır.

Babayev Saleh Valeh oğlu  

Babayev Saleh Valeh oğlu 1969-cu ildə Zəngilan rayonunun Dərə Gilətağ kəndində anadan olub. 1988-1090-cı illərdə Sovet ordusunda qulluq edib. 1992-ci ildən Zəngilan rayonu uğrunda gedən döyüşlrdə iştirak edib.
11 dekabr 1992-ci ildə şəhid olub.
Subay idi.

Babayev Vüqar Baba oğlu  

1976-cı ildə Zəngilan rayonunun Saralı-Xəştab kəndində anadan olub.1983-cü ildə Saralı-Xəştab kənd orta məktəbinin birinci sinfinə gedib.
1992-ci il oktyabrın 1-də kəndin yaxınlığındakı örüşdə mal otararkən düşmənlər onu girov götürmək istəmişlər.Alçaq düşmənlər Vüqarı girov apara bilməyəcəklərini görüb avtomatla onu qəttlə yetirmişlər

Bağırov Vüqar Novruz oğlu

 

 

 

 

 

 

1973-1993

Bağırov Vüqar Habil oğlu

 

 

 

 

 

 

1970-1993

Bayramov Etibar Şamxal oğlu

 

 

 

 

 

 

1972-1993

Bayramov Pərviz Həsi oğlu

Bayramov Pərviz Həsi oğlu 1972-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1989-cu ildə N.Nərimanov adına Mincivan qəsəbə orta məktəbini bitirib.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
17 yanvar1994-cü ildə Fizuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bakı şəhərindəki şəhidlər xiyabanında dəfn olunub.

Bayramov Tarverdi Oruc oğlu  

1972-ci il dekabr ayının 12-də Xaçmaz rayonunun Zaliyevka kəndində anadan olub.1987-ci ildə Müşkür kənd orta məktəbinin səkkizinci sinfini bitirmişdir.1990-cı ildə peşə məktəbində təmirçi-çilingər peşəsi kursunu bitirmişdir.Rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.
1992-ci ilin mart ayından Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edub.
1992-ci ilin may ayının 25-də qəhrəmancasına şəhid olmuşdur.
Subay idi.
Xaçmaz qəbiristanlığında dəfn olunub.
Ölümündən sonra oxuduğu Müşkür kənd orta məktəbinə onun adı verilmişdir.

Bayramov Ziyad Hümbət oğlu

 

 

 

 

 

 

1972-1993

Bədirov Eynur Sayıl oğlu

 

 

 

 

 

 

1973-1992

Bədirov Rövşən Əlixan oğlu

 

 

 

 

 

 

1972-1993

Behbudov Fikrət Behbud oğlu

 

 

 

 

 

 

1970-1993

Behbudov Ramiz Rəşid oğlu

 

 

 

 

 

 

1973-1993

 Bəşirov Adıgözəl Aşur oğlu

1974-cü il Zəngilan rayonunun Zəngilan şəhərində anadan olub.1991-ci il Zəngilan şəhər 3 saylı orta məktəbin bitirdikdən sonra gözəl tar çalma qaibliyyətini nəzərə alıb onu rayonun Şayıflı kəndində yerləşən 7 illik uşaq musiqi məktəbinə tar müllimi təyin edirlər.1992-ci ilin may ayının 19-da Adıgözəl Bəşirov Zəngilan rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilir.Hərbi hissənin rəhbərliyi onu gələcəkdə yaxşı bir zabit kimi görmək üçün ali hərbi məktəbə göndərir.1997-ci ildə ali hərbi məktəbi müvəffəqiyyətlə başa vuraraq gənc bir zabit kimi “N” hərbi hissəyə göndərilir.
Onun döyüş yolu Cəbrayıldan,Fizulidən,Ağdamdan,Murovdağdan keçmişdir.Onun istedad və hərbi bacarığı nəzərə alınaraq 1999-cu ildə kəşfiyyat tağımı,2000-ci ilin dekabr ayinin 11-də “N” hərbi hissəyə motoatıcı bölük komandiri təyin olunmuşdur. 2002-ci ilin aprelin 13-dən o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə “N” saylı hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin olunmuşdu.
2003- cü ilin avqust ayının 4 də dövlət tapşırığı yerinə yetirərkən mina partlayışı zamanı aldığı çoxsaylı qəlpələrdən həlak olmuşdur.

Bəşirov Fazil Arif oğlu

 

 

 

 

 

 

1973-1993

Cabbarov Akif İsmayıl oğlu

 

 

 

 

 

 

1960-1994

Cabbarov Sabir Vəli oğlu  

Cabbarov Sabir Vəli oğlu 1959-cu ildə Qafan rayonunda anadan olub. 1977-79-cu illərdə Sovet ordusunda xidmət edib.
10 dekabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhiid olub.
Ailəli idi. Üç övladı yadigar qalıb.

Cavadov Azər Məmməd oğlu

 

 

 

 

 

 

1973-1993

Cəfərov Azər Xudam oğlu

 

 

 

 

 

 

1973-1993

Cəfərov Bəxtiyar Vəli oğlu

 

 

 

 

 

 

1953

Cəfərov İbiş Süleyman oğlu

1974-cü ildə Zəngilan rayonunun Dərəli kəndində anadan olub.1990-cı ildə Dərəli kənd orta məktəbini bitirib.
Zəngilan rayonunun Qazançı kəndindəki döyüşlərdə iştirak edib.Sonra hərbi xidmətə çağırılıb.
Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
20 sentyabr 1992-ci ildə qəhrəmancasına həlak olub.
Subay idi.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Cəfərov Sərvan Qüdrət oğlu  

Cəfərov Sərvan Qüdrət oğlu 18 iyun 1972-ci ildə Zəngilan şəhərində anadan olub. 1989-cu ildə şəhərdəki 3 saylı orta məktəbi qurtarmışdı. 1991-ci ildə rus ordusu sıralarında qulluğa gedib. Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdıb.
Vətəninə qayıdan kimi rayon daxili işlər şöbəsində işə girib. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib. 1993-cü il aprel ayının 10-da döyüşdə qəhrəmancasına şəhid olub.
"Vətən uğrunda" madalı ilə təltif olunub.
Subay idi.

Dadaşov Xəlil İslam oğlu  

 

 

 

 

 

 

1974-1993

Dəmirov İbadulla Ağabala oğlu  

1959-cu ildə İmişli şəhərində anadan olub.1977-ci ildə hərbi xidmətə çağırılıb.1983-cü ildə Leninqrad şəhərində Ali hərbi məktəbə daxil olub.O,məktəbdə oxuyan zaman ailələri Biləsuvara köçür.Məktəbi qurtarandan sonra İbadulla təyinatla Alma-Ata şəhərində yerləşən hərbi hissəyə göndərilib.
1990-cı ilin yanvar ayından Azırbaycan Respublikası Daxili Qoşunlar Komandanlığının sərancamı ilə “N” hərbi hissəsinin birinci batalyonunda komandir müavini vəzifəsində çalışıb.
1992-ci il aprel ayından Ağdam rayonunun Papravənd kəndində gedən döyüşlərdə iştirak edib.Sonra o,Zəngilan rayonunun Şayıflı kəndində yerləşən “A” nöqtəsinə göndərilir.
24 iyun 1992-ci ildə İbadulla Qazançı kəndində qəhrəmancasına şəhid olub.
Ailəli idi.Bir uşağı yadigar qalıb.

Dünyamalıyev Əmir Dünyamalı oğlu

 

 

 

 

 

 

1971-1994

Dünyamalıyev Hicran Yusif oğlu

 

 

 

 

 

 

1970-1993

Əhmədov Əsgər Bilal oğlu

 

 

 

 

 

 

1970-1993

Əhmədov Vasif Nüsrət oğlu

 

 

 

 

 

 

1974-1993

 Əhmədov Vidadi Famil oğlu

1965-ci il Zəngilan rayonunun stansiya Bartaz kəndində anadan olub.Orta məktəbi qurtardıqdan sonra Bartaz dayanacağındakı beton-çınqıl 4-cü dərəcəli ekskovatorçu maşinist işləyirdi.
Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib.
Qazançı kəndi istiqamətində gedən ağır döyüşlərdə Vidadi kontuziya alaraq hərbi xəstəxanaya gətirilir.
1993-cü ilin oktyabrinda dünyasını dəyişir.
Ailəli idi.2oğlu vardı.
Stansiya Bartaz kəndində dəfn edilib.

 Ələkbərov İlqar Ələkbər oğlu

1975-1996 Ələkbərov İlqar Ələkbər oğlu Hacallı kəndinin Həkəri qəsəbəsində anadan olub. 1992-ci ildə Hacallı kənd orta məktəbini bitirib. 1993-cü ilin oktyabr ayında Zəngilan rayonu erməni quldurları tərəfindən işğal edildikdən sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 2 №-li sovxozda müvəqqəti məskunlaşıb. Ermənilərə qarşı hiddətini gizlətməyən İlqar cəbhəyə getməkdə, Qarabağımızın yağılardan təmizlənməsi uğrunda aparılan döyüşlərdə iştirak etməkdə qərarlı idi. 1994-cü ilin may ayında daxili qoşunların tərkibində xidmətə başlayıb. Altı ay orada lazımi biliklərə yiyələndikdən sonra hərbi qulluğunu cəbhə bölgəsində davam etdirib. 1996-cı ildə iyun ayının 26-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Pirşağı qəsəbəsindəki 2 №-li sovxozda kənd qəbristanlığında dəfn edilib.

 Ələkbərov Müseyib Abbas oğlu

Ələkbərov Müseyib Abbas oğlu 1914-cü ildə Qubadlı rayonunu Şamoğlu kəndində anadan olub. 1941-45 müharibəsinin iştirakçısı olub. 1947-ci ildə Zəngilan rayonunun Şayıflı kəndinə köçüb.
10 dekabr 1992-ci ildə ermənilərin Şayıflı kəndinə hücumu zamanı qətlə yetirilib.

Əliyev Azər Əyyub oğlu  

1971-ci il aprelin 18-də Zəngilan rayonunun Qaradərə kəndində anadan olub.1988-ci ildə rayon 144 nömrəli texniki peşə məktəbinin traktorçu kursunu bitirib.1989-cu ildə Qazaxıstan Respublikasında hərbi xidmətdə olub.Hərbi xidməti başa vurduqdan sonra kəndlərinə qayıdıb və fəhlə işləyib.
25 avqust 1992-ci ildə Zəngilan Rayon Hərbi Komissarlığının çağırışı ilə özünümüdafiə batalyonuna gəlir.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
31 oktyabr 1992-ci ildə Kolqışlaq kəndi ətrafında gedən atışmalarda qəhrəmancasına şəhid olub olub.
Subay idi.

Əliyev Baris Nüsrət oğlu

 

 

 

 

 

 

1974-1994

Əliyev Cümşüd Müseyib oğlu

 

 

 

 

 

 

1970-1993

Əliyev Hüseyn Oktyabr oğlu

 

 

 

 

 

 

1974-1994

Əliyev Məstalı İxtiyar oğlu

 Əliyev Məstalı İxtiyar oğlu 23 avqust 1973-cü ildə Zəngilan rayonunda anadan olmuşdur.1980-ci ildə 1 nömrəli Zəngilan rayon orta məktəbini bitirib.
1993-cü lin 7 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmışdır. Füzuli,Ağdərə,Ağdam rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.
1994-cü ilin 30 yanvar tarixində Ağdərə rayonunun Gödəkburun dağ silsiləsində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Subay idi.

Əliyev Salman İsməmməd oğlu  

Əliyev Salman İsməmməd oğlu 12 yanvar 1969-cu ildə Salyan rayonunun Sarvan kəndində anadan olub. 1987-89-cu illərdə Sovet ordusunda qulluq edib. 1992-ci ildən milli orduda qulluğa başlayıb.
24 dekabr 1992-ci ildə Zəngilan rayonu uörunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi.

Əliyev Tələt Sərdar oğlu

 

 

 

 

 

 

1968-1993

Əsədov Əsəd Soltan oğlu  

Əsədov Əsəd Soltan oğlu 1958-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olub. Mincivan qəsəbə orta məktəbini qurtardıqdan sonra hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vuraraq Saratov vilayətinin Krasnokutsk şəhərindəki təyyarəçilik məktəbinin Mülki aviasiya ixtisasına daxil olub. 1986-cı ildə təyyarəçilərin uçuş istismarı sənətinə yiyələnmişdir. Elə həmin ildən də, Yevlax Mülki Aviasiya İdarəsində işə başlamışdır.
1991-ci ilin oktyabr ayında Qarabağa növbəti uçuşu zamanı, Yevlaxdan Xocalı aeroportuna gələn AN-2 təyyarəsi Xanabad kəndi üzərində ermənilər tərəfindən atəşə tutulmuş və nəticədə Əsəd Əsədovla birlikdə xalqımızın daha yeddi qeyrətli oğlunun ömrü yarımçıq qaldı.
“Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
Ailəli idi. Dörd övladı yadigar qalıb.

Əsgərov Bilal İsa oğlu  

1974-cü ildə Şayıflı kəndində anadan olub.1991-ci ildə Şayıflı kənd orta məktəbini qurtarıb.
1992-ci ildə rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.Rayonun
Yeməzli,Ağbis və Günqışlaq kəndlərindəki döyüşlərdə iştirak edib.
14 iyul 1992-ci ildə şəhid olub
Subay idi.

Əsgərov Seymur Əsgər oğlu

 Əsgərov Seymur Əsgər oğlu 12 sentyabr 1973-cü ildə Zəngilan rayonunun Məlikli kəndində anadan olub. 1990-cı ildə orta məktəbi bitirib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
10 dekabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi.

Əzimov Natiq İsmayıl oğlu

 

 

 

 

 

 

1975-1994

Eyvazov Natiq Nəriman oğlu

 

 

 

 

 

 

1970-1994

Fərəcov İsaq Allahverdi oğlu

 

 

 

 

 

 

1964-1994

Fərəcov Rəşid Nüsrət oğlu

 

 

 

 

 

 

1960-1994

Fərəcov Zahir Zakir oğlu

Fərəcov Zahir Zakir oğlu 1972-ci ildə Zəngilan rayonunun Malatkeşin kəndində anadan olub. 1989-cu ildə Malatkeşin kənd orta məktəbini bitirib. 1990-cı ildə Sovet ordusunda hərbi xidmətə çağrılıb.
Avqust 1992-ci ildə Milli orduda xidmətə başlayıb. Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib.
24 noyabr 1992-ci ildə Zəngilan rayonunun Seyidlər kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.

Feyziyev Nadir Bahadur oğlu  

Feyziyev Nadir Bahadur oğlu 1956-ci ildə Mincivan qəsəbəsində anadan olub. 1973-cü ildə Mincivan qəsəbə orta məktəbini qurtarıb. 1975-ci ildə ordu sıralarına gedib, xidməti borcunu yerinə yetirdikdən sonra Mincivan qəsəbə dəmiryol hərəkəti şöbəsində stansiya növbətçisi işləyə-işləyə Rostov şəhərində Dəmiryol Nəqliyyatı İnstitutunda qiyabi oxuyub. 1989-cu ildə nəqliyyat üzrə mühəndis ixtisasını alır.
1992-ci il aprel ayının 25-də könüllü olaraq Milli Orduya yazılır.
1993-cü il aprelin 11-də döyüşdə qəhrəmancasına şəhid olub.
"Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Ailəli idi. Üç qızı yadigar qalıb.

Gülməmmədov Əbülfət Əli oğlu  

Gülməmmədov Əbülfət Əli oğlu 6 sentyabr 1969-cu ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sovet ordusunda xidmət edib.
1992-ci ildə Milli orduda xidmətə başlayıb. Zəngilan və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
8 yanvar 1994-cü ildə Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Gülməmmədov Eynulla Valeh oğlu  

Gülməmmədov Eynulla Valeh oğlu 1968-ci ildə Zəgilan rayonunda anadan olub. 1984-cü ildə orta məktəbin səkkizinci sinfini 1985-ci ildə isə Zəngilan rayon 144 saylı texniki peşə məktəbini bitirib.
Sovet ordusunda hərbi xidmət keçib.
1 dekabr 1991-ci ildən Milli orduda xidmətə başlayıb. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 21 sentyabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi.

Hüseynov Qahir Qüdrət oğlu  

Hüseynov Qahir Qüdrət oğlu 07.07.1968-ci ildə Goranboy rayonunun Sarov kəndində anadan olub.
1975-ci ildə Sarov kənd 8 illik məktəbin 1-ci sinifinə gedib ve 1983-cu ildə 8 illik məktəbini, 1985 ildə Dəlimmmədli orta məktəbini bitirib və həmin il- 1985-ci ildə Rusiyanın Ulyanovsk şəhərində Ali hərbi tank məktəbinə qəbul olunub. 1989 cu ildə ali məktəbi bitirib və təyinatla Rusiyanin Zabaykal hərbi dairəsində Ulan Ude şəhərində hərbi hissədə 198-ci motoatıcı diviziyasında tank alayının hərbi tank tağımının komandiri vəzifəsində leytenant rütbəsində hərbi qulluğa başlayıb .1992 ci ildə 2 zabit dostu ilə vətənə köməyə gəldilər. Azərbaycan müdafiə nazirliyinə müraciət edib. N saylı alayda tank komandiri təyin olundu.1992 ilin mart ayında Ağdam rayonunda yerləşən N sayli hərbi hissənin tank taborunun komandiri vəzifəsinə təyin olunan baş leytenant Qahir Hüseynov dərhal əməliyyat və döyüş şəraiti ilə yaxından tanış olur. Xidmətinin ilk günlərindən qorxmazlığı və igidliyi ilə fərqlənən Qahir qisa bir zamanda komandanlığın və döyüşçülərin rəğbətini qazanır. Ağdam və Tət-Tər uğrunda gedən döyüşlərdə iştirak edib.
18 iyun 1992-ci ildə axşam 20.30 radələrində Qahir va Şirin Mirzəyev(polkovnik-leytenant, Azərbaycanın Milli Qəhrəmanı) döuüşçülərin mövqelərini yoxlayıb növbəti döyüş tapşırıqlarını verib geri dönərkən Ağdamın Qaralar kəndi ərazisində UAZ 469 markalı avtomobildə minaya düşdülər.Azərbaycan xalqı onu həyatından çox sevən oğullarını itirdi.
Ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunub.
Subay idi.
Goranboy rayonun Dəliməmmədli kəndində adına küçə var. Doğulduğu Sarov kənd Mədəniyyət evi Qahir Hüseynovun adını daşıyır.

Hacıyev Ağakişi Məhərrəm oğlu

 

 

 

 

 

 

1961-1993

Hacıyev Elsəvər Polad oğlu

 

 

 

 

 

 

1972-1991

Hacıyev Elxan Əmiraslan oğlu

 

 

 

 

 

 

1975-1994

Həmidov Mehman  

Həmidov Mehman 1973-cü ildə Ağdaş rayonunda anadan olub. Ağdaş şəhər orta məktəbini bitirib.
Dekabr 1991-ci ildə milli ordu sıralarına çağrılıb.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
17 sentyabr 1992-ci ildə Zəngilan rayonu Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Həsənov Əfqan Xudayar oğlu  

 

 

 

 

 

 

1969-1994

Həsənov İlham Həsən oğlu

 

 

 

 

 

 

1972-1994

Həsənov Nəcəf Heydər oğlu

 

 

 

 

 

 

1970-1994

Həsənov Samir Nizami oğlu  

1979-cu ilin aprelin 21-də Zəngilan rayonunda anadan olub.Zəngilan rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə işirak edib.
1998-ci ilin oktyabrın 13-də Cəbrayıl rayonunun Cocuq Mərcanli kəndində şəhid olub.
Subay idi.

Həsənov Vəliyəddin Mikayıl oğlu  

1972-ci ildə Zəngilan rayonunun Quyudərə-Xəşdab kəndində anadan olub.1990-cı ildə hərbi xidməti başa vurduqdan sonra kəndlərinə qayıdır.Öyrənir ki,müəyyən səbəblər üzündən ailələri Bakı şəhərinə köçüblər.Kənddəki evlərində heç kəsi tapmayan Vəliyəddin Bakı şəhərinə yola düşürsə də,tezliklə yenidən kəndlərinə qayıdır.Ancaq doğulduğu yurdda çox yaşaya bilmir.
15 may 1992-ci ildə postda açılan avtomat gülləsinə tuş gəlir.
Subay idi.

 

Həsənov Zaur Həsən oğlu  

1974-cü il mayın 27-də Zəngilan şəhərində anadan olub. 1991-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra sənədlərini rayondakı144 saylı texniki peşə məktəbinin traktorçu-mexanizator şöbəsinə vermişdir. Məktəbi