Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Rayon haqqında
5 Yanvar , 2017

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 707 kv km, əhalisi 42.7 min nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir.

Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.

Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir.

Zəngilanın faunası belədir: rayonun cənubunda oxlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin, tülkü, boz dovşan, canavar burada da geniş yayılmışdır.

Rayonun ərazisində iki iqlim tsikli qərarlaşıb. Bunların əsasını mülayim isti iqlim və qışı quraq keçən yarımsəhra-çöl iqlimi təşkil edir.

Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözoxşayan yer quruluşuna malikdir.

Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay

Ərzidə 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir.

Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır. Yerlərdə olan təbii gözəllikləri, inciləri qorumaq, onu gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Bu gözəllikləri bəzən insanlar qiymətləndirməyəndə, ona ziyan vuranda müəyyən qadağalar və məhdudiyyətlər qoyulur.

Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn bu nadir çinarlıq dünyada ikinci, Avropada birinci yeri tutur.

-Təbii Çinar meşəsinin sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır.

-Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal bir ərazi vahididir.

-Qədim adət-ənənələrin qorunub saxlandığı, qonaqpərvər, zəhmətkeş, qanunsevər, dövlətə, dövlətçiliyə sədaqətli insanların məskənidir.

- «Ağ Oyuğ»un üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə yaxın keçmişdə adlandırıldığı kimi, həqiqətən qızıl Zəngilandır.

-Aramsız düşmən hücümlarına, məhrumiyyətlərə mərdliklə sinə gərərək iki ay mühasirədə qalan, bölgəni sonuncu olaraq döyüşə-döyüşə tərk edən mətin, dəyanətli oğullar yurdudur.

Kəndlər və qəsəbələrin siyahısı


  •  Aladin
  •  Ağ Oyuq
  •  Ağakişilər
  •  Ağbiz
  •  Ağbənd
  •  Ağkənd (Zəngilan)
  •  Aşağı Gəyəli
  •  Aşağı Yeməzli
  •  Babaylı
  •  Baharlı (Zəngilan)
  •  Bartaz (kənd)
  •  Bartaz (qəsəbə)
  •  Beşdəli (Zəngilan)
  •  Birinci Alıbəyli (Zəngilan)
  •  Birinci Ağalı
  •  Birinci Muğanlı
  •  Böyük Gilətağ
  •  Bürünlu
  •  Cahangirbəyli
  •  Canbar
  •  Dəlləkli (Zəngilan)
  •  Dərə Gilətağ
  •  Dərəli
  •  Genlik
  •  Günqışlaq
  •  Hacallı (Zəngilan)
  •  Havalı
  •  Həkəri (Zəngilan)
  •  Keçikli
  •  Kolluqışlaq
  •  Malatkeşin
  •  Mirzə Həsənli
  •  Məlikli (Zəngilan)
  •  Məmmədbəyli
  •  Məşədi İsmayıllı
  •  Nəcəflər
  •  Orta Yeməzli
  •  Otuzikinci
  •  Pirveys
  •  Qarababa (Zəngilan)
  •  Qaradərə
  •  Qaragöl (Zəngilan)
  •  Qaragöz (Zəngilan)
  •  Qarqulu
  •  Qazançı (Zəngilan)
  •  Qıraq Müşlan
  •  Quyudərə Xəştab
  •  Rabənd
  •  Rəzdərə
  •  Sarallı Xəştab
  •  Sarıl
  •  Sarıqışlaq
  •  Seyidlər (Zəngilan)
  •  Sobu
  •  Tatar (Zəngilan)
  •  Tiri
  •  Turabad
  •  Vejnəli
  •  Vəliqulubəyli
  •  Vənətli
  •  Xumarlı
  •  Xurama
  •  Yenikənd (Zəngilan)
  •  Yusiflər
  •  Yuxarı Gəyəli
  •  Yuxarı Yeməzli
  •  Zəngilan (kənd)
  •  Zərnəli
  •  Çöpədərə
  •  Ördəkli
  •  Üdgün
  •  Üçüncü Ağalı
  •  İkinci Alıbəyli (Zəngilan)
  •  İkinci Ağalı
  •  İkinci Muğanlı
  •  İsgəndərbəyli
  •  İçəri Müşlan
  •  Şamlı (Zəngilan)
  •  Şatariz
  •  Şayıflı
  •  Şəfibəyli
  •  Şərifan
  •  Əmirxanlı (Zəngilan)