Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
12 Dekabr , 2016

Dekabrın 12 - i ümummilli liderimiz Heydər Əliyevin anım günüdür.

Cismən yoxluğuna  alışa bilmədiyimiz  illər ərzində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri xiyabanda uyuyan məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş,  insanlar daim  onun  xatirəsinə ehtiramlarını ifadə edirlər. Öz titanik fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyduğu kimi, bizlər, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla fəxr edir, qürur duyuruq.  

         2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Bu acı xəbəri eşidəndə Azərbaycan xalqı başına özü boyda qara yaylıq bağladı. Bütün dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.12 dekabrBu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycanın dövlət başçısı seçilib.

 2003-cü il dekabr ayının 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

                                    ALLAH REHMET ELESIN

 

Foto Qalereya