Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
28 Oktyabr , 2016

28 oktyabr 2016-cı il tarixdə Zəngilan rayon Mərkəzi kitabxanası Zəngilan rayon 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə Zəngilanın işğalının 23-cü ildönümü münasibəti ilə anım gününü qeyd etdilər.

           Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

            Tədbirdə məktəbin direktoru Tofiq Heydərov çıxış edərək erməni təcavüzkarlarına qarşı zəngilanlıların göstərdiyi döyüş yolundan danışdı. O çıxışının sonunda bildirdi ki, Zəngilan rayonunun sakinləri 23 il köçkün şəraitində yaşasalar da, doğma torpaqlarını heç vaxt unutmurlar: Biz öz torpaqlarımızın azad olunacağına inanırıq və bu yolda atılan hər bir addımı dəstəkləyirik. Zəngilan rayonu müharibədə mərdlik göstərib, sona qədər düşmənlə mübarizə aparıb. Şəhid olan 235 nəfərin hər biri bizim sağ qalmağımız uğrunda canlarını fəda ediblər. O dövrdə ermənilər Zəngilanı mühasirəyə almışdı. Əgər ulu öndər Heydər Əliyev olmasaydı, İran prezidenti ilə danışıqlar aparıb zəngilanlıların İran ərazisinə keçməsi üçün razılıq əldə etməsəydi, bizləri  Xocalıdan da dəhşətli qırğın gözləyirdi.

            Tədbirdə MKS-nin direktoru Məhruzə Cəfərova çıxış etdi. Sonda bildirdi ki, biz inanırıq ki, qələbə uzaqda deyil. Ali baş komandanın apardığı danışıqlar, yürütdüyü siyasət bizdə inamı daha da artırır.

            Mərkəzi kitabxananın işçiləri rayon haqqında öz xatirələrini danışdılar.

Tədbirin sonunda məktəbin şagirdləri Zəngilan yazarlarının Zəngilana həsr etdiyi şeirlər söylədilər.

            

Foto Qalereya