Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Xəbərlər
18 May , 2016
1992-ci il may ayının 17-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalmışdır.