Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Elanlar
2 May , 2016

Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə "VƏTƏN BURADAN BAŞLAYIR" adlı sərgi-müsabiqə keçirir. Tədbirdə təsviri sənətin bütün nominasiyaları üzrə 300-dən çox rəssam , 1000-ə qədər işi ilə müsabiqəyə qatılmışdır. İlkin seçimlərdə 70-ə qədər əsər sərgi-müsabiqədə iştirak etmək hüququ qazandı.

Qaliblər müsabiqənin ikinci turunda izləyicilər tərəfindən seçiləcək.

Belə ki, izləyiciyə sərginin girişində təqdim olunmuş uduşlu bilet həm ona uduş qazandıracaq, həm də ən çox bəyəndiyi əsəri müsabiqənin qalibi etmək fürsəti verəcək.

Sərgiyə gələn hər kəs uduşlu bir səs kuponuna sahib olacaq.

Tədbir 2016-ci il may ayının 6-da saat 15:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr 62, Tel: +994 12 490 84 51/52/53