Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
5 Aprel , 2016

“Vətən torpaq  yolunda özünü qurban verənlərin  xatirəsi qəlbimizdə  daima yaşayacaq, onların  şücaəti  Azərbaycan  xalqının  tarixinə  qızıl  hərflətlə yazılacaqdır !”

                                                                                               Heydər  Əliyev 

Ayağa  dur, Vətən  oğlu! Qarı  düşmənə  kimliyini tanıt!  Onu  qarşında  diz  çökdürməyincə  silahını  yerə  qoyma! Koroğlu  nəslinin  basılmazlığını  erməni  faşistlərinə  və onların  havadarlarına  sübut  et!  Bunu  səndən   hər  qarış  torpağından  qan  daman  Şuşa, Laçın,  Kəlbəcər, Füzuli,  Ağdam,  Cəbrayıl, Qubadlı, Zəngilan tələb edir.     

Vətənpərvərlik  qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla  həmişə  fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. 
   

        “Vətən yolunda  canlarını  qurban  vermiş,  Şəhid olmuş  Azərbaycanın

   Milli        Qəhramanlarının  həyatı,  onların qəhramanlığı  bütün  xalqımız  üçün,  xüsusən, gənclərimiz  üçün  örnəkdir,  dərsdir”

 ”