Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
7 Aprel , 2016

"Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə,1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

O,bir vətəndaş kimi bütün həyatını Vətəninin,xalqının azadlığı işinə həsr etmişdi.Onun yaratdığı jurnal da öz səhifələrində Vətənin bəlalarını sadə xalq dilində,düşündürücü,gülüş doğuran ifadələrlə əks etdirirdi. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur oldu.

Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərdi.

            "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. "Molla Nəsrəddin" jurnalının həyat səhnəsinə qədəm qoyması və onun başında C.Məmmədquluzadə kimi açıq fikirli bir ziyalının durması azadlıq dostlarını ürəkdən sevindirmişdi. Jurnalda Ömər Faiq NemanzadəMirzə Ələkbər SabirƏbdürrəhim bəy HaqverdiyevƏli NəzmiƏliqulu QəmküsarMəmməd Səid OrdubadiMirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.

Molla Nəsrəddin jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır."Molla Nəsrəddin"i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdir.  Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan" bəlası felyetonu və dörd karikatura çap olunmuşdur. "Molla Nəsrəddin"in tarixi mübarizəsinin böyüklüyü onda idi ki,onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu,vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək,onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi. Jurnal İranTürkiyəMisirHindistanMərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərmişdir.

Jurnal çar Rusiyasının bütün müsəlman bölgələrində, Yaxın və Orta Şərq ölkələrində yayılıb, islam dünyasında demokratik mətbuatın inkişafına təsir göstərib.

“Molla Nəsrəddin” jurnalı doğma dilimizi yad sözlərlə zəhərləyənləri,onu zorla xarici dillərlə əvəz etməyə çalışanları həmişə tənqid etmişdir.

“Molla Nəsrəddin” jurnalı qadin azadlığı məsələlərinə də xüsusi fikir verir,qadınların müdafiəçisi kimi çıxış edir,qızların təhsili qayğısına qalırdı.

Hətta XXI əsrdə də jurnalın ideyalarının davamçıları var. Müxtəlif veb-saytlarda və sosial şəbəkələrdə Molla Nəsrəddin səhifələri yaradılır, jurnalın müxtəlif saylarındakı məqalələr və karikaturalar oxucularla paylaşılır. Bu jurnal istər özünün varlığı ərzində istərsə də sonra dünyanın bir sıra görkəmli şərqşünas alimləri tərəfindən tədqiq və təqdir edilmişdir.