Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
25 Fevral , 2016

Erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdikləri genosid siyasətinin kökü tarixin dərinliklərinə gedib çıxır. Təxminən 200 il ərzində ermənilər azərbaycanlıların başına faciələr gətirib, xalqımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçiriblər. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq və "Böyük Ermənistan" dövləti yaratmaq idi. Onların 1905-1907-ci, 1915-1920-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə törətdikləri kütləvi qətliamlar, işğalçılıq siyasətləri bu qanlı əməllərin ən dəhşətli mərhələləri olmuşdur. Beləliklə, ermənilər zaman-zaman tarixi təkrarlayaraq iyrənc siyasətin müəllifinə çevrilirlər.

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən müdhiş, ən faciəvi, tarixdə analoqu çox az olan hadisələrdən biri Azərbaycanda Qarabağ bölgəsinin ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Ermənistan terrorçu dəstələrinin rus ordusunun (366-cı alay) köməyi ilə Azərbaycanın Xocalı şəhərində XX əsrdə misli-bərabəri olmayan dəhşətli soyqırımı aktı həyata keçiriblər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışdılar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu, əsl soyqırımı idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olub. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir ediblər.

Bəşəriyyət tarixində ermənilərin xalqımızın başına gətirdikləri faciə ilə müqayisə ediləcək qədər dəhşətli cinayət törədilməyib. Xocalı şəhərində yaşayan insanlara qarşı həyata keçirilən soyqırımı aktı da ermənilərin hazırladığı növbəti ssenari əsasında baş tutdu. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Ümummilli Lider Heydər Əliyevin 1 mart 1994-cü il Fərmanı ilə "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. 

   Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anma mərasimlərinin və s. təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində Xocalı soyqırımına həsr olunan materialların yayımlanır. 

D Ü NYA   Ö  LKƏLƏRİNDƏ XOCALI  FACİƏSİ  SOYQIRIMI VƏ AZƏRBAYCANA QARŞI CİNAYƏT AKTI KİMİ TANINIR

Erməni terrorçularının siyasi məqsədlərinə nail olması üçün azərbaycanlılara qarşı keçirdikləri zorakılıq aktları bu gün beynəlxalq ictimaiyyətə çatdırılır. Azərbaycan bu istiqamətdə  təbliğat və təşviqatı daha da gücləndirir, haqq səsimizi dünyaya lazımi səviyyədə çatdıra bilirik. Avropa dillərində kitablar çap etdirilib, ermənilərin törətdikləri vəhşilikləri göstərən şəkillər yayılır