Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Bakı 2015 Avropa Oyunları
29 Noyabr , 2015

Bakı 2015 Avropa Oyunları  2015-ci ilin iyunundaAzərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır . Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti oyunlar 2019-cu ildə baş tutacaq.Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.