Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
29 Oktyabr , 2015

Zəngilan rayon Mərkəzi kitabxanasında "Zəngilansız 22-il" adlı tədbir sərgi kecirildi.Tədbirdə kitabxananın direktoru M.Cəfərova cıxış etdi.Kitabxanacı M.Quliyeva  öz cıxışında Azərbaycanın dilbər guşələrindən biri - Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22- il ötür. 1988-ci ildən 1993-cü ilin oktyabrın 29-dək düşmənin hücumlarına sinə gərən, şəhidlər verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz oldu. Qarabağ savaşında zəngilanlılar 235 şəhid və itki verib, 127 nəfər sağlamlığını itirərək əlil olub. Bunlar cismani itkilərdir. Mənəvi itkilər isə bundan az deyil. Yurd itkisinin doğurduğu məhrumiyyətlərdən, göynərtilərdən indiyədək yüzlərlə soydaşımız dünyasını dəyişib.Bu gün xalqımız torpaqlarımızın geri qaytarılacağına tam əmindir və o günü səbirsizliklə gözləyir. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Azərbaycanda yaradılmış qüdrətli ordu bu inamı daha da artırır.Azərbaycan dövlətinin başçısı dəfələrlə bəyan edib ki, biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz ərazilərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. Tədbirdə №193-li məktəbin şagirdləri iştirak etdilər.