Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
31 Mart , 2015

Zəngilan rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinidə   31 mart- Azərbaycanlıların soyqrım günü münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Zəngilan rayon MKS –nin direktoru M.Cəfərova açdı. O, qeyd etdi ki,1998-ci ildən 31 mart Azərbaycan Respublikasında  dövlət səviyyəsində  Azərbaycanlıların soyqrım günü  kimi qeyd edilir. Bu soyqrımAzərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, dogma yurdlarından sürgün edilməsi  və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Tədbirdə 193 № məktəbin şagirdləri  iştirak etdilər.  Tədbirin sonunda 31 mart- Azərbaycanlıların soyqrımına həsr olunmuş sərgiyə baxış keçirildi.