Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
1 Avqust , 2015

30  iyul  2015-ci il  tarixdə  Zəngilan  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin Uşaq  şöbəsində  Ümummilli  lider  Heydər  Əliyevin  2001-ci  ildə  imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda   Azərbaycan Əlifbası və  Azərbaycan  Dili Günü  münasibəti  ilə tədbir keçirildi.Tədbiri giriş  sözü ilə Zəngilan rayon  Mədəniyyət  və  Turizm  şöbəsinin  müdiri  cənab   M. Nəsirov  açdı.  O, öz  çixişinda  qeyd  etdi ki,  Ümummilli  lider  Heydər Əliyev  bütün fəaliyyəti  boyu Azərbaycan dilinin  dövlət  dilinə  yalnız  sözdə  deyil,  əməldə də çevrilməsi  üçün var  gücü  və  iradəsi  ilə  çalışmışdır.  Dünyaya  səpələnmiş azərbaycanlılar arasında  bir daha  ünsiyyət   vasitəsi, milli-mənəvi  körpülər  olması üçün əsl  mübarizə  aparmışdır. Sonra Mərkəzi kitabxananın  direktoru  M.Cəfərova  çıxışında qeyd edərək dedi  Təqdirəlayiq  haldır ki, ümummilli  liderin ideyalarını layiqincə  yerinə  yetirən Azərbaycan  Prezidenti  İlham  Əliyev  doğma dilimizə, milli  adət-ənənələrimizə,  qədim mədəniyyətimizə  böyük  həssaslıqla  yanaşır. Tədbirdə  QHT Zəngilan  rayon  Qadınlar  Şurasının  sədri  Zərifə   xanım  Həmzəyeva  da  iştirak  etmişdir.   Uşaq  şöbəsinin  oxuzalının  müdiri  Maya Həsənova  öz  çıxışını  Ümummilli  lider Heydər Əliyevin  "Millətin milliliyini saxlayan onun dilidir". məşhur olan bir fikri ilə başladı. 

Tədbirdə   Tofiq  Bayramın  “Ana  dili”  şeri  səsləndirildi.

Tədbirdə  “Ana  Dilimizi  qoruyaq”  adlı  sərgi  təşkil  olunmuşdu.