Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
25 Fevral , 2015

25.02.2015-cü il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemin Mərkəzi kitabxanasında  Xocalı faciəsinin 23-cü il dönümü münasibəti ilə  “Xocalı fəryadı” adlı tədbir keçirilmişdir. Tədbirdə 193 saylı  tam orta məktəbin  şagirdləri  ıştirak etdilər.  Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Məhruzə xanım Cəfərova  açdı.

Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik  sükütlla yad edildi.

Oxuculara xidmət şöbəsinin müdiri X.Cahangirova öz çıxışında qeyd etdi ki, Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı  alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Şagirdlərdən  Hüseynli Ləman,  Rəhimli Cavid  Xocalı  soyqırımına aid  şeirlər söylədilər.