Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Xəbərlər
20 Yanvar , 2015

1990-cı ıl  20 yanvar  Azərbaycanın müasir tarixinə  ən faciəli günlərdən biri kimi daxil olmuşdur.  Düz 24 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və  ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından kecərək şəhidlik zirvəsinə ucalmışlar.

Bədnam M. Qorbaçov başda olmaqla,  SSRİ rəhbərliyinin  Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli  torpaqlarımıza iddia  edən Ermənistanın təcavüzkar hərəkətlərinin acıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar  mövqeyinə etiraz  əlaməti olaraq ayağa qalxmış  geniş xalq kütlələrınə qarşı sovet ordusunun iri hərbi birləşmşlərinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli ğörünməmiş façiəyə  gətirib çıxarmışdı, boyük itkilərlə, günahsız insanların ölümü ilə nətiçələnmişdi. Bunların icində asudə insanlar: gənclər,uşaqlar,qocalar və qadınlar da var idi, hətta hərbi qulluqcular da.

Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz,kölə psixologiyalı rəhbərlərin əksinə olaraq,həmin vaxt  Moskvada  yaşayan xalqımızın  dahi oğlu Heydər Əliyev həyatını təhlukədə qoyaraq, façiənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənlərı pisləyən  kəskin bəyanatla çıxış etmışdi, xalqımızın başına gətırılən  müsibəti dünyaya çatdırmışdı. Bununla da  ulu öndərimiz  cəsarətini, mərdliyini, xalqının sədaqətli oglu olduğunu bir daha sübut etmişdi.

Xalqımızın ümummıllı lıderı H. Əliyevın  Azərbaycan  rəhbərliyınə yenidən qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi- hüquqı qiymət verilmiş və cinayətı törədənlərin adları ıctımayətə  çatdırılmışdı. 20 Yanvar—Ümumxalq Hüzn Günü elan edilmişdi.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı ücün müqəddəs and yerınə cevmış bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın     hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvar ayının  20-də mınlərlə insan  Vətən azadlıgı və suverenliyi ugrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsıni  ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi  ürəklərdə əbədi yaşayacqdır.