Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
19 Yanvar , 2015

19 yanvar  2015-ci il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Nərimanov rayonu 193 saylı tam orta məktəbin 7b sinif şagirdləri ilə birlikdə  20 Yanvar Şəhidlərinin xatirəsinə  həsr olunmuş “Qanlı 20 Yanvar” adlı dəyirmi masa keçirmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin direktoru Məhruzə xanım  Cəfərova açdı.Tədbirdə 20 Yanvar Şəhidləri 1 dəqiqəlik sükutla yad edildi.

MKS-nin direktoru M. Cəfərova  çıxışında qeyd etmişdir ki,  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə  qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il  20 yanvarda ölkəmizdə ərazi iddiaları irəli sürən Ermənistanın təcəvüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi  Azərbaycanda misli görünməmiş faciəyə  gətirib çıxartdı.

Sonra Oxuculara xidmət şöbəsinin müdiri Xalidə xanım Cahangirova çıxış etdi. O qeyd etdi ki, tədbirdə çıxış edənlər qeyd etdilər kı, həmin faciəli günlərdə öz ölkəsinin, xalqinın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının  xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Tədbirdə 193 saylı tam orta məktəbin 7b sinif şagirdlərindən İbrahimova Aysel “Ağla,qərənfil,ağla” şeirini söylədi:

          Qərənfil, Şəhid qanı,

          Ağla, qərənfil, ağla.

          Ağla, inlət, meydanı

          Ağla, qərənfil, ağla.

7 b sinif şagirdlərindən Ramazanova İradə, Hüseynli Ləman, Heydərova Fərəh, Rəsulov Murad, İmanov Ayxan, Həkimzadə Cavanşir, Rəhimli Cavid Şəhidlər haqqında şeir söylədilər, söhbət apardılar

Qədirli Aysu şeir söylədi.

Həyat ! Bu gün çox soyuqsan

Evdəki odları söndürmüsən.

O gün evdən qaçanları

Çox tez öldürmüsən.

Hüseynli Sənan  əmisi-şəhid Şahlar Hüseynovun həyatı haqqında ,onun döyüş yolu haqqında danışdı.

 Allah rəhmət eləsin.