Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
13 İyun , 2014

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında 28 sentyabr 2013–cü il tarixdə “Beynəlxalq Dəniz Günü. Xəzər həftəsi günü” adlı tədbir keçirilmişdir. 
Tədbirdə Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Möhübbət Qurbanov mövzu ətrafında geniş məruzə etdi. O, qeyd etdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunması probleminə yönəltməkdir. 
Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Ərşad Qurbanov çıxış etdi. Keçirilən tədbirdə çıxış edən Nazirliyin regional şöbəsinin və rayonun bir sıra dövlət orqanlarının mütəxəssisləri “Beynəlxalq Dəniz Günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr barədə şagirdlərə və yerli əhaliyə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar. 
Tədbiri yekun sözü ilə MKS-nin direktoru Məhruzə xanım Cəfərova başa vurdu.