Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
13 İyun , 2014

13.06.2013-cü il tarixdə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında “İnsan hüquqları müdafiəsi” adlı tədbir-sərgi keçirildi. Tədbirdə 193 saylı şəhər orta məktəbinin müəllim kollektivi, Mərkəzi kitabxananın işçiləri, Mərkəzi kitabxananın fəal oxucuları iştirak etdilər.Tədbirdə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ramil Emin oğlu Məmmədov çıxış edərək İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasından tədbir iştirakçılarına ətraflı məlumat verdi. Ramil Məmmədov tədbir iştirakçılarının şəxsi problemlərlə bağlı suallarına cavab verib onları hüquqi biliklərlə məlumatlandırdı.